Rami Malek
Rami Malek | |
---|---|
ing. Rami Malek | |
Doğum tarixi | 12 may 1981[1] (43 yaş) |
Doğum yeri | |
Partnyorları |
|
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, səsləndirmə aktyoru[d], aktyor, film prodüseri |
Fəaliyyət illəri | 2004-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Rami Malek (İngiliscə /ˈrɑːmi ˈmælɪk/[4][5] ərəb. رامي سعيد مالك; 12 may 1981[1], Los-Anceles, Kaliforniya[3]) — ABȘ aktyoru. O, vaxtilə USA Network-də yayımlanmıș "Cənab Robot" psixoloji-dram serialında canlandırdığı xakker Elliot Alderson obrazı və Böyük Britaniyanın məșhur rok qrupu "Queen"dən bəhs edən "Bohemiya Rapsodiyası" filmində canlandırdığı qrupun solisti Freddi Merkyuri rollarına görə tanınır. O fəaliyyəti ərzində bir çox təriflər almıș və ən yaxşı aktyor üçün "Akademiya" mükafatına layiq görülmüș ilk Misir əsilli aktyordur.[6] "Taym" jurnalı Malekin adını 2019-cu ilin "100 ən nüfuzlu adamı" siyahısına daxil edib.[7]
Rami Malek ilk aktyorluq fəaliyyətinə Nyu-York şəhərindəki kinoteatrlarda başlamışdır. Bu müddət ərzində o, "Evdəki müharibə", "Sakit okean cəbhəsi", "Muzeydə gecə" kimi film və seriallarda çıxış etmișdir. 2021-ci ildə, "Kiçik șeylər" adlı kriminal-bədii filmində baş rolu canlandırmış, Ceyms Bondun "Ölmək üçün vaxt yoxdur" filminin əsas antaqonisti olmuşdur. Malek, həmçinin bir sıra televiziya və videooyunlarındakı personajları səsləndirmișdir.
Erkən həyatı
[redaktə | mənbəni redaktə et]Malek, 2018-ci il sentyabr [8]
Rami Saed Malek 12 may 1981-ci ildə Kaliforniyanın Torrens şəhərində anadan olmuşdur.[9][10] Valideynləri Nelli Abdel Malek və Saed Malek misirli immiqrant idilər.[11][12][12] O özünü "səkkizinci yunan" adlandırırdı.[13][14] Malekin valideynləri və böyük bacısı 1978-ci ildə Qahirədən Șerman Oksa köçdülər.[9][15] Malekin atası həm də səyahət agenti və tur rəhbəri idi. Malek uşaq vaxtlarında nadirən Hollivuda gedirdi. O deyirdi; "Mən San Fernando vadisində böyümüşəm. Heç vaxt düşünməzdim ki, Hollivud bizim yaşadığımız yerə çox yaxındır. Həqiqətən, elə bilirdim ki, aramızda minlərlə kilometr məsafə var, sən demə burdan-bura maşınla 10 dəqiqəlik yol imiş".[16][17] Malek, kopt pravoslav xristian inancı ilə böyüdülmüş və dörd yaşına qədər Misir ərəbcəsində danışmışdır.[18][19][20] Onun atası səyahət agentliyi və sığorta satmaqla məşğul ikən, anası mühasibatçılıq edirdi. Malekin əkiz qardaşı Semi ingilis dili müəllimi idi.[16][21][22] Böyük bacısı Yasmin təcili tibbi yardım həkimi işləyirdi.[23]
İmmiqrant bir ailədə böyüdüyü üçün, Malek uşaq vaxtlarında bəzi çətinliklərlə qarşılaşırdı. Bunun səbəbi isə, onun yerli amerikalılardan fərqlənməsi idi. "Mən ali məktəbdə oxuyanadək heç kimə adımın Rami olduğunu deməmişdim, çünki özümdə o güvəni tapa bilmirdim. Bu həqiqətən çox məyusedici bir hal idi." — deyə, o qeyd etmişdir.[24] O uşaq ikən formalaşmağın çətin olduğunu da vurğulamış və bu çətinlikdə özünü sevdiyi sahə kimi "personajlar yaratmaq və onları səsləndirməy"ə yönəltmişdi.
Malek Notri Daym Liseyində, aktrisa Reçl Bilson ilə eyni sinifdə təhsil almışdır.[25][26] O aktrisa Kierstn Danstdan bir yaş böyük idi.[27] Valideynləri Malekin hüquqşünas olmağını çox istəyirdilər, lakin onun müəllimi ondakı istedadın fərqinə vardığından onu məhz aktyorluğa yönəltmiş və Zooman and the Sign tamaşasında rol oynamağa təşviq etmişdir.[16][28] O rol oynadığı anın hiss etdirdikləri haqqında belə demişdir: "Tamaşaçılar arasında mənim atam da var idi və onlar məni izləyirdilər. İlahi, həqiqətən xüsusi bir hadisə baş vermişdi".[29] Onun atası onu ilk dəfə bu qədər təsirli görmüş[29] və ailəsinin müsbət reaksiyası onun gələcək aktyorluq karyerasındakı uğurlarına da müsbət təsir göstərmişdir.[28]
1999-cu ildə liseyi bitirdikdən sonra[25], o Evensvil Universitetində teatr sənəti üzrə təhsilinə davam etmişdir. Semestrdən kənar bir ilini İngiltərədə keçirmiş və o burada Harlakston Kollecində oxumuşdur.[30][31] O təhsilinin son ilindən əvvəlki yay tətili ərzində, Voteforddakı "Yucin O`Nil" teatr mərkəzində təcrübə toplamış və bu müddət ərzində, o dramaturq Avqust Uilson ilə tanış olmuşdur.[9][32] O Evensvil universitetinin proqramında iştirak etmək qərarına gəlmiş və o 2003-cü ildə həmin universitetdən İncəsənət sahəsi üzrə bakalavr dərəcəsi qazanaraq təhsilini başa vurmuşdur.[16][33] 2017-ci ildə kollec onu "Gənc Məzun Mükafatı"na layiq görmüşdür[34]
Karyerası
[redaktə | mənbəni redaktə et]2004–2009: Erkən işi
[redaktə | mənbəni redaktə et]Malek kollecdən məzun olduqdan sonra o, ali teatr məktəbinə daxil olmaq istəyirdi; kollec borcları yığılarkən, o Nyu-Yorka köçür və teatr tamaşasında iştirak edəcək dostları ilə paylaşdığı bir-otaqlı Louer Est Sayd mənzilində qalır.[29][35] Dostları, "Slant Theatre Project"də birgə iştirak edəcəyi, tamaşada rol alacaq rejissor və yazıçılar idi.[29][35][36] O, Los Ancelesə ailəsini görməyə gələrkən, kastinq rejissoru Mali Finn ilə görüşür.[29] Finn onu burada qalmağa, Hollivudda iş tapacağına təşviq etmişdir. O dolanışıqlarını təmin etmək üçün Hollivud restoranlarının birində pizza çatdırılması və falafel və şaurma sandviçlərinin hazırlanması işinə düzəlir.[37] O prodokşn studiyalarına çoxlu istəklər göndərir, ancaq uzun çətinliklə də olsa aktyor işi üçün təklif ala bilir.
Nəhayət, bir ildən sonra Malekə kastinq rejissoru Mara Kesidən zəng gəlir.[37][38] Xoș bir söhbətdən sonra Malek, görüș təklif edir. Kesi bunu qəbul edir və Malek ilk rolunu "Gilmore Girls" tele-sitkomunda oynayır. İlk epizod 2004-cü ilin yanvar ayında baș tutur.[37] Elə həmin il, o Burbank șəhərindəki Falkon teatrının Johnny Boy və Shoes tamașalarında səhnə alır.[39][40][41] Həmçinin, o "Halo 2" videooyunundakı xüsusi personajları səsləndirir.[42] 2005-ci ildə, o Stiven Baçkonun "Over There" serialının iki seriyasındakı ișinə görə Ekran Aktyorları Gildiyasına üzvlük qazanır.[43] Bir il sonra, "Medium" teleserialının bir seriyasında çıxıș edir və "Evdəki müharibə" serialındakı Kenni rolunu canlandırır.[44][45] Kenninin "kaminq-aut" hekayəsi GLAAD tərəfindən çoxlu təriflərə layiq görülür.[14] 2006-cı ildə, Malek "Muzeydə gecə"filmində ilk baș rolu kimi Firon Ahkmenrahı canlandırır. O, sonra "Muzeydə gecə: Smitsonian döyüșü" və "Muzeydə gecə: Qəbirlərin sirri" sikvellərində həmin rolu təkrar canlandırır.[15] Malek 2007-ci ilin yaz ayında, Los Ancelesdəki Elefent teatrında Keys Buninin "The Credeaux Canvas" əsərinin "Vitality Productions" teatr tamașasında Ceymi obrazını canlandırır.[46][47]
2010–2015: Dəstəklənən rollar
[redaktə | mənbəni redaktə et]Malek 2010-cu ildə televiziyaya yenidən qayıdır. O, Fox televiziyasının "24" serialının səkkizinci mövsümündəki Markos Al-Zakar obrazını yenidən canlandırır.[48] Bir il sonra, "Sakit okean cəbhəsi" serialında canlandırdığı Merrill "Snafu" Șelton obrazına görə müsbət tənqidlər alır.[49][50] "Sakit okean cəbhəsi" filminin intensivliyindən sonra Malek, Hollivudu tərk etmək və Argentinaya köçmək qərarına gəlir.[51] O daha yaxşı yolları olduğunu düşünür. Bir müddət sonra, Malek icraçı prodüser Tom Henksdən məktub alır. Henks məktubda, Malekin işə qayıtmasını və yenidən səhnədə rol almasını istəyir. Malek bu istəki qəbul edir və 2011-ci ilin iyul ayında yayımlanan "Lerri Kraun" bədii filmində kollec tələbəsi Stiv Dibiyasini canlandırır.[52][53]
2010-cu ilin avqust ayında, Malekin "Alatoran. Saqa: Sübh (II hissə)" filmində "Misir məclisi" vampiri Bencamin rolunu canlandıracağı bildirilmişdi.[54] 2013-cü ildə Bray Lersonun əvəzinə "Short Term 12" filmindəki Neyt adlı işsiz obrazı canlandırdı.[55] O, bu müddət ərzində Spayk Linin iki filmində, Cənubi Koreyanın "Qoca oğlan" filminin 2012-ci ildəki remeykində[56] və daha sonra kütlə tərəfindən maliyyələşdirilən "İsanın șirin qanı" filmində rol aldı.[57] Həmçinin, o "Döyüș gəmisi", "Usta" və "Ölümsüz sevgi" filmlərində mənfi rollara çəkildi. Malek PlayStation 4 istehsalı "Until Dawn" videooyununda əsas personajlardan biri olan Coşu səsləndirdi.[58]
2015—indiyədək: Nailiyyət
[redaktə | mənbəni redaktə et]Ssenari müəllifi Sem İsmail, hazırladığı serialdakı Elliot Alderson (kompüter xakeri) obrazını canlandırması üçün 100-dən çox aktyoru seçimlərə götürür. Seçimlər zamanı istədiyi aktyoru tapa bilməyən ssenarist, bu obrazı yenidən yazmağı düșünür[16], ancaq 2014-cü ildə, Malekin performansını görən İsmail, Malekin bu rola uyğun olduğu qərarına gəlir.[16][59] Nəhayət, 24 iyun 2015-ci il tarixində, baș rolu Rami Malekin canlandırdığı "Cənab Robot" teleserialının USA Networkdə ilk premyerası baș tutur. Malek serialdakı əqli qüsurlu Elliot obrazını canlandırmaq üçün psixoloqla görüșür.[60] Bu rol tənqidçilərdən dərhal bəyənmə qazanır, hətta "USA Today" bu rolu özünün "çırpıcı performansı" adlandırır.[61] "Entertainment Weekly" şounu izləmək üçün Malekin "maqnit performansını" "ən yaxşı səbəb" adlandırıb.[62] Malek, fəaliyyəti müddətində "Dorian", "Qızıl Qlobus", "Ekran Aktyorları Gildiyası" və "Peyk" mükafatlarını qazanmışdır. O, "Emmi" mükafatını qazanmıș ilk ağ dərili olmayan aktyordur.[63] Malek, 2019-cu ilin dekabr ayında yayımlanan șousunda canlandırdığı rola görə "dram serialındakı ən yaxşı aktyor üçün "Qızıl Qlobus" mükafatı"na layiq görülmüşdür. O, 3000 aktyor arasından "Solo: A Star Wars Story" filmindəki Han Solo obrazını canlandırmaq üçün seçilmişdir.[64] Malek ilk baș rolunu "Basterin xəstə qəlbi" filmində canlandırmıșdır. Filmin premyerası 2016-cı ilin sentyabr ayında Toronto Beynəlxalq Film Festivalında baș tutur.[65] Maraqlısı budur ki, Malek filmdə iki obrazı canlandırır: Conah və Baster.[66] "Cənab Robot" serialındakı uğurları haqqında rejissor Sara Adina Smit belə deyirdi: "Mən onun bu qədər böyük və möhtəşəm olduğunu bilmirdim".[67] "The Hollywood Reporter" mətbuatından Con DeFore belə yazmıșdır: ""Cənab Robot" serialının pərəstişkarları "Emmi" mükafatlı ulduz Rami Malek üçün nəzərdə tutulmuş bu avtomobildən, ən azından məyus olmayacaqlar. Bu avtomobil həm Cənab Robotun aldanmağa meyilli paranoyası ilə uyğunlaşır, həm də xarizmatik aktyora ilk filmində özünü göstərməyə imkan verir".[68] Malek, daha sonra 1973-cü il istehsalı filmin remeyki olan "Kəpənək" filmində Lüis Deqa obrazını canlandırır.[69] Malek, 2017-ci ildə Netflix istehsalı "BoJack Horseman" cizgi serialındakı Flip MakViker personajını səsləndirir.[70]
2018-ci ildə, Malek "Queen" qrupundan bəhs edən "Bohemiya Rapsodiyası" filmində qrupun solisti Freddi Merkyurini canlandırır. Filmin premyerası, 23 oktyabr 2018-ci ildə Londonda baș tutur. 50 milyon dollarlıq büdcə ilə, film dünya əhatəsində 900 milyon dollardan çox gəlir əldə edir.[71] O bütün vaxtların ən yaxşı musiqili bioqrafik filmi olur.[72] Film haqqında çoxlu fikirlərin olmasına baxmayaraq, Malekin ifası tənqidçilər tərəfindən çox bəyənilir.[73] Malek canlandırdığı baș rola görə "Qızıl Qlobus", "Ekran Aktyorları Gildiyası" və "BAFTA" mükafatlarına layiq görülür.[74] Malek, Merkyuri rolu üçün Londona gedir və orda piano, vokal və rəqs təlimləri alır. Hər gün dört saat müddətində, o videolara baxaraq Merkyurinin hərəkətlərini, rəqslərini və davranıș tərzlərini öyrənir. Hətta, Malek qrupun 1985-ci ildəki "Live Aid" konsertinin Yutubdakı videosuna 1500 dəfə baxmalı olur.[18][75] Aktyor, Merkyurinin imicinə bürünmək üçün "saxta dișlər"dən istifadə edir. Malek, rolunu o qədər əla canlandırır ki, qrupun gitaraçısı Brayan Mey, onun bəzən "Rami" olduğunu unutduğunu dilə gətirir. Malek, bu rolun karyerası müddətində canlandırdığı ən yaxşı rol olduğunu hesab edir. O bu rol haqqında belə deyir:
Bu, mənim fikrimcə, geridə qalmayan bir roldur. Düşünürəm ki, biz hər zaman növbəti möhtəşəm rolu axtarırıq və deyəsən, şanslıyam ki, artıq onunla qarşılaşmışam. Düşünmək istərdim ki, mənim edə biləcəyim daha çox şey var və var, lakin mən şübhə edirəm ki, bu rolun və bu insanın həyatımda nə qədər dəyərli olduğuna inanıram.[76]
2019-cu ildə Malek "Blackout" adlı podkast yayımlayır və "Uebbi" mükafatına layiq görülür. Malek, həmçinin "Dolittle" filmindəki Çi-Çi obrazını səsləndirir. Malek, sonra "Kiçik șeylər" filmində Denzel Vaşinqton və Cerid Letonun yerinə rol alır.[77] 25 aprel tarixində Malek, "Ölmək üçün vaxt yoxdur" filmində super-cinayətkar Lütsifer Safin rolunu canlandırır.[78] Filmin buraxılış tarixi COVID-19 pandemiyası səbəbilə oktyabr ayına qədər uzadılır. Filmin buraxılışına dəstək olmaq üçün Malek, 2021-ci ilin oktyabrında "Saturday Night Live" verilişinə ev sahibliyi edir. Həmçinin, o bütün əsas ulduzların iștirak etdiyi, David O. Rüsselin "Amsterdam" filmində rol alır. Film 2022-ci ilin oktyabr ayında yayıma başlayır.[79]
Șəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Rami Malek introvert xarakterə sahibdir. O, sosial şəbəkə istifadə etməkdən belə çəkinir.[8] Malek müsahibələrdə təmkinli olmağa meyllidir[80], hətta bir dəfə verdiyi müsahibələrin birində xaricdə "anonim" qalmaq istədiyini qeyd etmişdi. Malekin dediyinə görə o, ''Cənab Robot" serialında canlandırdığı Elliot obrazından fərqlənir. O, belə demişdir: "Mən çılğın biriyəm. İnsanlarla danışmağı sevirəm. Nyu-Yorkda yaşamağın yaxşı tərəfi budur ki, siz qərib insanlar görürsünüz və onlarla ünsiyyətdə olursunuz və Mən həmin insanlarla görüşməyi, söhbət etməyi və onların hekayələrini dinləməyi sevirəm."[81]
Malek 2009-cu ildə, Lorel Kanyon şəhərində balaca bir evə köçür.[82] O 2018-ci ildən bəri, "Bohemiya Rapsodiyası" filmində birgə rol aldığı, kastinq yoldaşı Lüsi Boynton ilə sevgi münasibətinə malikdir.[83][84]
Mükafat və nominasiyalar
[redaktə | mənbəni redaktə et]Malek, fəaliyyəti ərzində bir çox mükafat və nominasiyalar almıșdır. O, "Cənab Robot" serialındakı fəaliyyətinə görə üç "Qızıl Qlobus", bir "Emmi", iki "Peyk" mükafatı və "Ekran Aktyorları Gildiyası" mükafatlarına layiq görülmüşdür. O həmçinin, ən yaxşı aktyor üçün "Akademiya" mükafatını, kinofilmdə ən yaxşı aktyor üçün "Qızıl Qlobus" mükafatını, baş rolda kişi aktyorun ən yaxşı performansına görə "Ekran Aktyorları Gildiyası" mükafatını və "Bohemiya Rapsodiyası" filmində canlandırdığı Freddi Merkyuri roluna görə baş rolda ən yaxşı aktyor üçün "BAFTA" mükafatını qazanmışdır.[85][86][87][88]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Film
[redaktə | mənbəni redaktə et]Göstərilən film hələ yayımlanmıyıb |
Yayımlanma tarixi | Bașlıq | Rol | Qeydlər | İst. |
---|---|---|---|---|
2006 | Muzeydə gecə | Firon Akmenrah | ||
2009 | Muzeydə gecə: Smitsonian döyüșü | Firon Akmenrah | ||
2011 | Lerri Kraun | Stiv Dibiyasi | ||
2012 | Döyüș gəmisi | Leytenant Hill | ||
Alatoran Saqa: Sübh (II hissə) | Bencamin | |||
Usta | Klark Messi | [89] | ||
2013 | Ölümsüz sevgi | Uill | ||
Short Term 12 | Neyt | |||
Qoca oğlan | Mett Brouninq | |||
2014 | Sürət həzzi | Finn | ||
Muzeydə gecə: Qəbirlərin sirri | Firon Akmenrah | |||
İsanın șirin qanı | Seneșal Higinbotom | [90] | ||
2016 | Project X | Həmsöhbət (səs rolu) | Qısametrajlı film | [91] |
Basterin xəstə qəlbi | Baster | [91] | ||
2017 | Kəpənək | Lüis Deqa | [92] | |
2018 | Bohemiya Rapsodiyası | Freddi Merkyuri | [38] | |
2019 | Ben Kobb Șou | Herri Bardo | Qısametrajlı film | [93] |
2020 | Dolittle | Çi-Çi (səs rolu) | [94] | |
2021 | Kiçik șeylər | Cim Bekstr | [95] | |
Ölmək üçün vaxt yoxdur | Lütsafer Safin | [96] | ||
2022 | Amsterdam | Tom Voz | [97] | |
2023 | Oppenheymer | Post-prodokşn | [98] |
Televiziya
[redaktə | mənbəni redaktə et]Yayımlanma tarixi | Başlıq | Rol | Qeydlər | İst. |
---|---|---|---|---|
2004 | Gilmore Girls | Endi | Seriya adı: "In the Clamor and the Clangor" | |
2005 | Over There | Həsən | ||
2005 | Medium | Timosi Kerker | Seriya adı: "Time Out of Mind" | |
2005–2007 | Evdəki müharibə | Kenni Al-Bahir | ||
2010 | 24 | Markos Al-Zakar | ||
2010 | Sakit okean cəbhəsi | Merrill "Snafu" Șelton | ||
2012 | Alkatraz | Uebb Porter | Seriya adı: "Webb Porter" | |
2012 | Korra əfsanəsi | Tahno (səs rolu) | ||
2014 | İnanclı | Dr. Adam Terri | Seriya adı: "Pilot" | |
2015–2019 | Cənab Robot | Elliot Alderson | Baș rol; prodüser (3–4-cü mövsümlər) | [99] |
2017–2018 | BoJack Horseman | Flip MakViker (səs rolu) | ||
2021 | Saturday Night Live | Özü (sahib) | Seriya adı "Rami Malek/Yonq Taq" |
Teatr
[redaktə | mənbəni redaktə et]Yayımlanma tarixi | Başlıq | Rol | Məkan | İst. |
---|---|---|---|---|
2002 | Fascination | Milli Dramaturqlar Müsabiqəsi: 2002-ci il iyul ayı | [32] | |
2002 | The Bebop Heard in Okinawa | Milli Dramaturqlar Müsabiqəsi: 2002-ci il iyul ayı | [32][100][101] | |
2004 | Johnny Boy | Paul | Falkon teatrı: 31 mart – 23 may, 2004-cü il | [102] |
2004 | Shoes | Slant Theatre Project: 2004-cü il | [40][41] | |
2007 | The Credeaux Canvas | Ceymi | Elefent teatrı: March 22 – April 8, 2007 | [47] |
Videooyun
[redaktə | mənbəni redaktə et]Yayımlanma tarixi | Başlıq | Səs rolu | Qeydlər | İst. | |
---|---|---|---|---|---|
2004 | Halo 2 | Xüsusi səs və effektlər | [42] | ||
2014 | The Legend of Korra | Tahno | [103] | ||
2015 | Until Dawn | Coș Vaşinqton | [58] |
Podkast
[redaktə | mənbəni redaktə et]Yayımlanma tarixi | Bașlıq | Səs rolu | Qeydlər | İst. |
---|---|---|---|---|
2019 | Blackout | DJ Saymon İtani | Həmçinin, prodüser kimi fəaliyyət göstərmişdir | [104] |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Rami Malek // Munzinger Personen (alm.).
- ↑ 1 2 Rami Malek and Emma Corrin Go On PDA-Filled Beach Stroll With Dog (ing.). 2023.
- ↑ 1 2 http://www.cineplex.com/People/rami-malek.
- ↑ 'Bohemian Rhapsody' Interview w/ Rami Malek, Lucy Boynton & More (video). HBO. October 26, 2018. September 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 17, 2019 – YouTube vasitəsilə.
- ↑ Our First Cover Star: Rami Malek (video). GQ Middle East. October 4, 2018. September 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 17, 2019 – YouTube vasitəsilə.
- ↑ "Oscars 2019: Rami Malek becomes the first Egyptian to win Best Actor". The National. February 25, 2019. February 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2019.
- ↑ "Malek has been named to Time Magazine's prestigious TIME 100, a list of the world's most prestigious people for 2019". courierpress.com. TIME. April 17, 2019. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ 1 2 Sitat səhvi: Yanlış
<ref>
teqi;BAIDAWI
adlı istinad üçün mətn göstərilməyib - ↑ 1 2 3 Scott Feinberg. "Awards Chatter Podcast – Rami Malek". The Hollywood Reporter (Podyayım). iTunes. June 20, 2017. Event occurs at 03:05–12:17. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
- ↑ "Rami Malek News". Us Weekly. October 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2022.
- ↑ "Rami Malek's Family: 5 Fast Facts You Need to Know". February 24, 2019. October 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 28, 2023.
- ↑ 1 2 NileFM staff. "Rami Malek's Mom Didn't Want To Live In America". NileFM. October 17, 2018. December 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 11, 2018.
- ↑ "11 Reasons to Love Mr. Robot's Rami Malek | Mr. Robot blog". USA Network. May 12, 2016. December 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ 1 2 Willmore, Alison. "The Hacker Heartthrob From Mr. Robot Who Owned Summer TV". BuzzFeed. August 26, 2015. August 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2015.
- ↑ 1 2 Lamont, Tom. "Rami Malek: 'Being offered the part of Freddie Mercury was a gun-to-the-head moment'". The Guardian. October 14, 2018. November 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2018.
- ↑ 1 2 3 4 5 6 Buckley, Cara. "Rami Malek, Catching Mercury". The New York Times. September 10, 2018. November 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Aubrey, Elizabeth. "Rami Malek sympathises with villains in opening SNL monologue". The Independent. October 17, 2021. October 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2021.
- ↑ 1 2 Al-Sayyad, Yasmine. "Walking Through the Whitney Museum with Rami Malek". The New Yorker. October 23, 2018. November 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2018.
- ↑ Berk, Philip. "Rami Malek on how Mr Robot changed his life". Star2. July 14, 2016. September 16, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 18, 2016.
- ↑ Feinberg, Scott. "'Awards Chatter' Podcast — Rami Malek ('Mr. Robot')". The Hollywood Reporter. June 20, 2017. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2018.
For a long time I thought maybe that would be it," says Rami Malek, the American actor of Egyptian descent, of the stereotypical roles to which he was limited early in his career
- ↑ McIntosh, Steven. "Celebrity twins: 8 stars you didn't know had a sibling". BBC News. June 20, 2017. November 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ "Staff Directory". Stem Academy of Hollywood. January 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2019.
- ↑ Brown, Emma. "The Many Mysteries of Mr. Robot". Interview. August 26, 2015. November 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Sullivan, Kevin P. "Humanizing Mr. Robot". Entertainment Weekly. No. 1375. August 7, 2015. səh. 56.
- ↑ 1 2 "Notre Dame High School 1999 Active Alumns". ndhs.org. May 28, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 24, 2021.
- ↑ Thomson, Molly. "28 celebrities who knew each other in high school". INSIDER. May 7, 2018. December 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2018.
- ↑ Kirsten Dunst & Rami Malek - Actors on Actors - Full Conversation. Variety. Variety Studio: Actors on Actors. June 8, 2016. December 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2018.
Excerpts from minute mark 0:30 - 1:30, 9:00 - 15:00
- ↑ 1 2 Hirschberg, Lynn. "Rami Malek Is Still Not Sure About This Acting Thing". W Magazine. September 14, 2016. December 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2018.
- ↑ 1 2 3 4 5 Stacey Wilson Hunt (interviewer); Rami Malek (interviewee). Conversations with Rami Malek (video). SAG-AFTRA Foundation. December 12, 2018. Event occurs at 06:45–13:00. December 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2018 – YouTube vasitəsilə.
- ↑ University of Evansville. "University of Evansville congratulates 2003 graduate Rami Malek on Oscar win in Campus-wide video". Northern Kentucky Tribune. February 25, 2019. October 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
- ↑ HarlaxtonManor. "We had a lot of fun supporting Harlaxton Fall 2000 and @UEvansville alum @ItsRamiMalek in the film "Bohemian Rhapsody," where he starred as Freddie Mercury! In honor of his incredible performance, here's a few throwback pictures of Rami in the Harlaxton Fall 2000 yearbook!pic.twitter.com/zInjXRXAjz" (Tweet). October 25, 2018. İstifadə tarixi: October 28, 2019.
- ↑ 1 2 3 Dorsey, Kristina. "A look at who might win at tonight's Oscars ... and nominee Rami Malek was once in Waterford?". The Day. February 24, 2019. October 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
- ↑ Girdler, Brennan. "Local Stars". Evansville Living. September–October 2012. July 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Erbacher, Megan. "'UE's 2017 Alumni Award recipients announced'". February 14, 2017. January 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2017.
- ↑ 1 2 Scott Feinberg (interviewer); Rami Malek (interviewee). Awards Chatter Podcast – Rami Malek (audio). The Hollywood Reporter. June 20, 2017. Event occurs at 12:17–13:35. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019 – The Hollywood Reporter vasitəsilə.
- ↑ Toronto: Rami Malek, John Legend and More Stars Share Their First Job - TIFF 2016 (video). The Hollywood Reporter. September 12, 2016. October 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
- ↑ 1 2 3 Al-Masry, Al-Youm. "Egyptian actor goes from making falafel to Hollywood". Egypt Independent. July 15, 2015. December 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2018.
- ↑ 1 2 Gross, Terry. "'You Better Own This': How Rami Malek Came To Embody Freddie Mercury". NPR. November 21, 2018. January 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 23, 2019.
- ↑ Hirschhorn, Joel. "Johnny Boy". Variety. May 2, 2004. October 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
- ↑ 1 2 "History". Slant Theatre Project. October 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2019.
- ↑ 1 2 "A note from Rami Malek". Slant Theatre Project. February 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2019.
- ↑ 1 2 Reilly, Claire. "Rami Malek picks up 'Mr. Robot' Emmy, honouring outcasts everywhere". CNET. October 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2018.
- ↑ Moynihan, Rob (January 18, 2016). "How I Got My SAG-AFTRA Card", TV Guide. p. 12.
- ↑ Aterovis, 2007. səh. 1
- ↑ Lisa Steinberg. "Rami Malek–The War at Home". Starry Constellation Magazine (Podyayım). July 16, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2011.
- ↑ Aterovis, 2007. səh. 3
- ↑ 1 2 "Past Shows". Vitality Productions. October 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
- ↑ Andreeva, Nellie; Vlessing, Eton. "Threesome on '24' time". The Hollywood Reporter. 411 (20). September 8, 2009: 4. December 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2018.
- ↑ Jason. "Interview: Rami Malek – The Pacific". Entertainment Focus. November 3, 2010. December 15, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2011.
- ↑ "Q&A With Actor Rami Malek – The Pacific". Criticize This!. November 11, 2010. November 14, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2011.
- ↑ Yamato, Jen. "Mr. Robot's Mal Heart: Rami Malek on His Existential Crisis". The Daily Beast. September 14, 2016. March 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2017.
- ↑ Ryan, Andrew. "Baby-faced Rami Malek matures with war role". The Globe and Mail. November 15, 2010. October 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Miller, Andrea. "The Pacific star Rami Malek has friends in high places". Cineplex. November 5, 2010. July 24, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2011.
- ↑ Bierly, Mandi. "Rami Malek joins 'Breaking Dawn' (and appears totally crushworthy)". Entertainment Weekly. September 1, 2010. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Walsh, Katie. "Review: 'Short Term 12' Starring Brie Larson, John Gallagher Jr. & Rami Malek". IndieWire. August 21, 2013. November 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Emami, Gazelle. "Rami Malek 101: The Ultimate Guide to Your Summer Crush". Vulture. August 25, 2018. November 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Perez, Rodrigo. "Review: Spike Lee's Kickstarter Exploitation B-Movie 'Da Sweet Blood Of Jesus'". IndieWire. February 12, 2015. December 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ 1 2 Tassi, Paul. "The 'Until Dawn' Ending That Fixes The Problem With Every Horror Movie". Forbes. September 4, 2015. December 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ The Deadline Team. "Bojana Novakovic Joins Showtime's 'Shameless', Rami Malek In USA Pilot 'Mr. Robot'". Deadline (ingilis). September 9, 2014. February 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 21, 2019.
- ↑ Robinson, Joanna. "How Mr. Robot Star Rami Malek Literally Bled to Bring You the Most Intense Performance of the Summer". Vanity Fair. August 12, 2015. July 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2018.
- ↑ Bianco, Robert. "TV tonight: 'Operation Wild,' 'Mr. Robot'". USA Today. July 1, 2015. December 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2018.
- ↑ "The Must List". Entertainment Weekly. No. 1369. June 26, 2015. 3–4.
- ↑ Hoffman, Ashley. . November 29, 2016 tarixində arxivləşdirilib (#archive_missing_url). (#accessdate_missing_url)
- ↑ Hess, Abigail. "Alden Ehrenreich was one of 3,000 actors to audition for 'Solo'—here's how he beat the odds". CNBC (ingilis). May 26, 2018. August 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2020.
- ↑ "Buster's Mal Heart". Metacritic. April 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2017.
- ↑ Berkshire, Geoff. "Toronto Film Review: 'Buster's Mal Heart'". September 12, 2016. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2016.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Schneller
adlı istinad üçün mətn göstərilməyib - ↑ DeFore, John. "'Buster's Mal Heart': Film Review TIFF 2016". The Hollywood Reporter. September 20, 2016. June 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2017.
- ↑ Fleming, Mike Jr. "'Mr. Robot's Rami Malek To Play Dustin Hoffman Role In 'Papillon' Remake". Deadline Hollywood. August 3, 2016. September 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2016.
- ↑ Miller, Liz Shannon. "'BoJack Horseman' Season 4 Guest Stars: A Visual Guide to Who Played Who in Hollywoo". IndieWire. September 10, 2017. August 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2018.
- ↑ "Bohemian Rhapsody (2018)". Box Office Mojo. October 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2018.
- ↑ Moore, Sam. "'Bohemian Rhapsody' is now the highest-grossing music biopic of all time". NME. December 14, 2018. December 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2018.
- ↑ Srivastava, Soumya. "Bohemian Rhapsody movie review: Rami Malek's film makes a little silhouette of a big man, Freddie Mercury". Hindustan Times. November 16, 2018. November 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2018.
- ↑ "Golden Globes 2019: Bohemian Rhapsody and Rami Malek are surprise winners". BBC News. January 7, 2019. January 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2019.
- ↑ Bucklow, Andrew. "How Rami Malek transformed to play Freddie Mercury in 'Bohemian Rhapsody'". News Corp Australia. October 18, 2018. November 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2018.
- ↑ Rizzo, Carita. "'The Hate U Give,' 'The Favourite' Win Top Honors at L.A. Online Film Critics Society Awards". The Hollywood Reporter. January 10, 2019. January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2019.
- ↑ Sneider, Jeff. "Rami Malek to Star Opposite Denzel Washington in Crime Thriller 'The Little Things'". Collider. May 13, 2019. October 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
- ↑ Maxim staff. "Rami Malek's 'No Time to Die' Bad Guy Is Set To Be a Bond 'Supervillain'". Maxim. December 4, 2019. October 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2019.
- ↑ N'Duka, Amanda. "Rami Malek & Zoe Saldana Join David O. Russell New Regency Film". Deadline (ingilis). January 13, 2021. January 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 14, 2021.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Hewitt
adlı istinad üçün mətn göstərilməyib - ↑ Leonie, Cooper. "Who is Rami Malek, the man playing Freddie Mercury?". NME. September 7, 2017. December 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2018.
- ↑ Bowman, Wendy. "Rami Malek Buys the Midcentury Modern Home Across the Street". Dirt. May 4, 2021. February 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2021.
- ↑ Gouveia, Alexandria. "Exclusive Interview: Rami Malek Won't Compromise When It Comes To His Heritage". Vogue Man Arabia. October 13, 2020. February 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2021.
..his attire often upstaging that of his partner of two years, British actor Lucy Boynton.
- ↑ Powell, Emma. "Rami Malek and Lucy Boynton win 'Best Kiss' at Oscars 2019 with this very passionate embrace". Evening Standard. February 25, 2019. February 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2021.
Malek and Boynton met on the set of Bohemian Rhapsody, with rumours around their friendship blossoming into romance surfacing in April 2018. The pair only recently went public and have shared several loved up moments this awards season.
- ↑ Minsker, Evan. "Golden Globes 2019: Rami Malek Wins Best Actor for Bohemian Rhapsody". Pitchfork. January 7, 2019. January 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2019.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;BRSAG
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;BRBAFTA
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;oscars
adlı istinad üçün mətn göstərilməyib - ↑ Rosen, Christopher. "The Secrets Of 'The Master' Revealed: Co-Star Rami Malek Goes Behind The Curtain Of The New Film". HuffPost (ingilis). September 18, 2012. September 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2019.
- ↑ Foundas, Scott. "Film Review: 'Da Sweet Blood of Jesus'". Variety (ingilis). June 23, 2014. June 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2019.
- ↑ 1 2 Moltke, Laura; Poitras, Henrik. "Project X". Field of Vision. November 29, 2016. November 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2019.
- ↑ Herman, James Patrick. "'Papillon': Charlie Hunnam and Rami Malek's New Drama Is 'Somewhat of a Love Story'". Variety (ingilis). August 20, 2018. December 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2019.
- ↑ AnotherMan staff. "Watch Ben Cobb Turn Talk Show Host in New Film, Starring Rami Malek". AnotherMan. July 29, 2019. July 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2019.
- ↑ McNary, Dave. "Robert Downey Jr. Unveils Full 'Doctor Dolittle' Cast, Including Rami Malek, Octavia Spencer, Kumail Nanjiani". Variety (ingilis). March 27, 2018. December 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2019.
- ↑ Adejobi, Alicia. "Rami Malek dons police detective suit to film thriller Little Things". Metro (ingilis). November 13, 2019. December 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2019.
- ↑ Bond, Kimberley. "James Bond No Time to Die full cast - new and returning characters list". Radio Times (ingilis). December 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2019.
- ↑ N'Duka, Amanda. "Rami Malek & Zoe Saldana Join David O. Russell New Regency Film". January 13, 2021. January 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 28, 2023.
- ↑ Kit, Borys. "Florence Pugh, Rami Malek, Benny Safdie Join Christopher Nolan's Oppenheimer (Exclusive)". The Hollywood Reporter. December 9, 2021. December 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2021.
- ↑ "Mr. Robot (TV Series 2015– )". IMDb. January 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2018.Şablon:Unreliable source?
- ↑ Kuchwara, Michael. "At the O'Neill Center, the Process Is the Thing". Los Angeles Times. Waterford, Connecticut. Associated Press. July 26, 2002. October 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2019.
- ↑ "New Work by Decade". theoneill. May 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2019.
- ↑ "Falcon Theatre: Johnny Boy". Falcon Theatre. November 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
- ↑ Tahno - The Legend of Korra, 2022-10-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-03-28
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;harvey
adlı istinad üçün mətn göstərilməyib