Tsay İnven

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tsay İnven
çin. 蔡英文
Qanunverici Yuan üzvü[d]
1 fevral 2005 – 25 yanvar 2006
Çin Respublikasının Prezidenti[d]
20 may 2016 – 19 may 2024
SonrakıLai Çinq-Te
Demokratik Tərəqqi Partiyasının sədri[d]
20 may 2008 – 17 mart 2011
Demokratik Tərəqqi Partiyasının sədri[d]
27 aprel 2011 – 29 fevral 2012
Demokratik Tərəqqi Partiyasının sədri[d]
28 may 2014 – 24 noyabr 2018
Demokratik Tərəqqi Partiyasının sədri[d]
20 may 2020 – 26 noyabr 2022
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1956(1956-08-31)[1][2][…] (68 yaş)
Doğum yeri
Partiya
  • Demokratik Tərəqqi Partiyası[d] (2004–)
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, universitet müəllimi[d], hüquqşünas
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4], Rəqabət hüququ[4]

İmzanın şəkli
english.president.gov.tw
president.gov.tw/Default…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsay İnven (çin. 蔡英文; ing. Tsai Ing-wen; 31 avqust 1956[1][2][…], Çjunşan[d]) — Tayvan siyasətçisi, 20 may 2016-cı ildən Çin Respublikasının Prezidenti.

1978-ci ildə Tayvan Milli Universitetinin Hüquq Kollecini bitirib. 1980-ci ildə Kornell Universitetinin Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1984-cü ildə London İqtisadiyyat Məktəbində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.

Londondan qayıtdıqdan sonra Taybey universitetlərində hüquq fənnini tədris etmişdir. 1990-cı illərdə Tayvanın ÜTT-na daxil olması ilə bağlı danışıqlarda tərəf oldu. Prezident Li Denhuenin dövründə (1996–2000) Tayvan Milli Təhlükəsizlik Şurasında təhlükəsizlik müşaviri olmuşdur. 2000-ci ilin mayından 2004-cü ilin mayınadək Çin Xalq Respublikası ilə əlaqələr üzrə hökumət naziri olub. 2004-cü ildə Demokratik Proqressiv Partiyaya (DDP) üzv olub.

2004-cü ilin dekabrından 2006-cı ilin yanvarına qədər — Qanunverici Yuan üzvü olub. 2006-cı ilin yanvar ayında Çin Respublikası Baş nazirinin müavini təyin edildi, 2007-ci ilin mayında bütün kabinet ilə birlikdə Baş nazir Su Çjuençan istefa verdi. 20 may 2008-ci ildə DPP sədri seçildi. 2012-ci il prezident seçkilərində DPP-yə namizəd oldu. 2012-ci ildə 45,6% səs alaraq prezident seçkilərində uduzdu və partiya lideri olaraq istefa verdi. 2014-cü ilin may ayında yenidən partiya sədri seçildi.

  1. 1 2 Pletcher K. Tsai Ing wen // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Tsai Ing-wen // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 蔡英文博論指導老師超大咖 英國政府顧問!比爾蓋茲曾發文悼念 (çin.). 2019.
  4. 1 2 Tsai, Ing-wen // Çex Milli Hakimiyyət Məlumat bazası.