Vikipediya:Orijinal tədqiqata yer verməmək

Vikipediya, azad ensiklopediya
(Vikipediya:OTYV səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Vikipediyada orijinal tədqiqatların yerləşdirilməsi qəbuledilməzdir! Bu o deməkdir ki, Vikipediya Sizin öz şəxsi fikirlərinizi, təcrübənizi, arqumentlərinizi və çıxartdığınız nəticələri yerləşdirmək üçün nəzərdə tutulmamışdır!

Vikipediyada orijinal tədqiqatların və yeni nəzəriyyələrin çap olunması üçün yer deyil. Vikipediyanın bu cür mövqeyi kiminsə maraqlarını və ya hüquqlarını kiçiltməyə cəhd deyil. Bu sadəcə faktın konstatasiyasıdır. Vikipediya, ilkin informasiya mənbəyi yox, ikinci informasiya mənbəyidir, başqa sözlə Vikipediyada yerləşdirilmiş materiallar ilkin mənbələrdən toplanılır, analiz olunur, qiymətləndirilir, interpretasiya olunur və digər ilkin informasiya mənbələrinin məlumatları ilə sintez edilir.

Məqalə yazarkən mənbənin dəqiq göstərilməsi vacibdir. Etibarlı informasiya mənbəyi kimi elmi resenziya olunmuş jurnallar, akademik nəşrlər çıxış edə bilərlər. Müəllifin öz hesabına nəşr elətdirdiyi kitablar və digər vasitələr bu cür informasiya mənbəyi sayıla bilməz.

Orijinal təqdiqat nədir?

[mənbəni redaktə et]

Vikipediya məqalələrində orijinal tədqiqat aşağıdakılar hesab olunur:

  1. Məqalədə hər hansısa yeni nəzəriyyə və ya hər hansısa problemin yeni həll üsulu göstərilirsə;
  2. Yeni ideyalar qeyd olunursa;
  3. Terminlərin yeni və qəbul olunmuş formadan fərqli izahı verilirsə;
  4. Neologizmlər daxil edilirsə.

Əgər məqalənin predmeti yuxarıda sadalanan şərtlərə cavab verirsə, bu zaman o orijinal təqdiqiqatlara aid edilməli və Vikipediyada yerləşdirilməməlidir.

Lakin bu qaydanın istisnaları da var:

Belə məqalə Vikipediyada o halda yerləşdirilə bilər ki, onun predmeti geniş şəkildə tanınmış olsun, başqa sözlə:

  1. Bu ideyalar resenziya olunmuş jurnallarda nəşr edilsin;
  2. Bu ideyalar getdikcə ictimaiyyətin diqqətini cəlb etməyə başlasın (KİV-də dəfələrlə nümayiş olunmuş olsun)
  3. İdeyanın hər hansısa bir ümumi, ixtisaslaşdırılmamış, spesifikləşdirilməmiş KİV-lərdə görünməsi faktı heç də bu məqalənin elmi və həqiqi olması demək deyil. Bu fakt yalnız bu hadisə haqqında Vikipediyada nəşr olunmasına imkan yaradır.
  4. Əgər siz düşünürsünüzsə ki, sizin möhtəşəm ideyanızın Vikipediyada nəşr olunması vacibdir, lütfən məqalənizi ilkin növbədə resenziyalaşmış jurnalda çap etdirin və daha sonra burada yerləşdirin.

Orijinal tədqiqatın müəyyənləşdirilməsi

[mənbəni redaktə et]

Orijinal tədiqat geniş tanınmış elmi nəzəri və standart olmayan lakin, mövcüd olan hipotez kimi çox hiyləgərliklə maskalana bilər. Orijinal tədqiqatların müəyyənləşdirilməsinə aşağıdakı qaydalar kömək edir:

  1. Axtarış saytlarında yoxlamaq (google, yahoo). Əgər bu zaman az uyğunluq tapıldısa və ya uyğunluq tapılmadısa, qarşınızda orijinal tədqiqatın olması ehtimalı böyükdür;
  2. Qeyri-standart və ya sizə şübhəli görünən ideyalara xüsusi fikir verin. Şübhələrinizin nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək üçün onu digər istifadəçilərlə müzakirə edin;
  3. Əgər mənbə kimi hər hansısa keçid və ya ədəbiyyat göstərilmişdirsə, bu heç də belə bir anlayışın mövcud olması demək deyil. Mənbələrin tanınmamış və ya səhv olması da mümkündür;
  4. Əgər istifadəçi redaktəni geri çəkənlə "redaktə müharibəsi"nə başlamışsa və bu zaman heç bir izahat verməyə cəhd etmirsə, belə redaktələrin orijinal tədqiqat olma ehtimalı böyükdür;
  5. İstifadəçilərin nüfuzu və səriştəsi heç də o demək deyil ki, bu istifadəçi orijinal tədqiqatlarla məşğul deyil. Hətta əksinə, mövzu ilə yaxından tanışlıq istifadəciləri bu barədə öz fikirlərini ümumi fikir kimi nəşr etdirməyə təhrik edə bilər.
  6. Məqalədə istifadə olunmuş və sizə tanış görünməyən adlandırmalara və terminlərə (əgər onlar varsa) xüsusi fikir verin və onların üstüörtülü təhqir olmadığına əmin olun.

Xarici keçidlər

[mənbəni redaktə et]
Crackpot articles
Mailing list post by Jimbo Wales.
A Request RE a WIKIArticle
Mailing list post by Jimbo Wales.
Wikiresearch
Şəxsi tədqiqtlar yazılan layihə

Şəxsi tədqiqatların yazılmasına icazə verilən saytlar

[mənbəni redaktə et]
  1. Wikinfo,
  2. Everything 2