Viktor Klenevski
Viktor Klenevski | |
---|---|
14 mart 1919 – 22 dekabr 1919 | |
Əvvəlki | Rüstəm xan Xoyski |
Sonrakı | Vəzifə ləğv olundu. |
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Slavyan-Rus Cəmiyyəti fraksiyasının sədri | |
16 oktyabr 1919 – 26 fevral 1920 | |
15 dekabr 1918 – 3 aprel 1919 | |
16 oktyabr 1919 – 26 fevral 1920 | |
Fraksiya | Slavyan-Rus Cəmiyyəti fraksiyası |
Əvvəlki | Sergey Mixaylov |
Sonrakı | Strevutin |
15 dekabr 1918 – 3 aprel 1919 | |
Fraksiya | Slavyan-Rus Cəmiyyəti fraksiyası |
Sonrakı | Aleksandr Dubrovski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | fevral 1883 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | siyasətçi |
Viktor Viktoroviç Kleneveski (fevral 1883, Yelizavetpol – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyətinin sosial təminat naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Viktor Viktoroviç Klenevski 1883-cü ilin fevral ayında Gəncədə anadan olub. Milliyyətcə polyakdır. Universitet təhsili alıb.[1]
Viktor Klenevski Tiflisdə qaçqınların işlə təmin edilməsi üzrə şöbə müdiri, Tiflis Dairə Məhkəməsinin üzvü olaraq çalışıb.[1]
Viktor Klenevski Konstantin Lizqarın ən yaxın dostu idi. Onların hər ikisi 1918-ci ildə Tiflisdə yaradılmış Slavyan-Rus Cəmiyyətinin üzvləri idi.[1]
Repressiya
[redaktə | mənbəni redaktə et]Aprel işğalından sonra Klenevski əvvəl Petrovsk şəhərinə getdi, Azərbaycan naziri kimi əks-kəşfiyyat tərəfindən həbs edildi. Viktor Klenevski iki gün həbsdə saxlanıldı, sonradan Rostov şəhərinə yola salındı 1920-ci ilin mayında Rusiya Teleqraf Agentliyinin Don Vilayət şöbəsinin məsul əməkdaşı kimi çalışdı. Sonra o, Tiflisə ezamiyyətə göndərildi.[1]
Viktor Klenevski Bakıdan kənarda Fövqəladə Komissiyanın 1238 saylı orderi ilə əməkdaş Mirko tərəfindən 18 noyabr 1920-ci ildə Vladiqafqazda həbs olunmuşdur[2]. O, həbs ediləndə həyat yoldaşı Klavdiya Andreyevna 30 yaşında, qızı Kseniya isə 8 yaşında idi.[1]
Viktor Klenevski 1920-ci ilin dekabrın 1–2-si arasında Bakıya gətirildi. Dekabrın 3-də isə onu Azərbaycan Fövqəladə Komissiyasının müstəntiqləri dindirdilər. Ağır istintaq proseslərindən sonra onu bolşeviklərlə əməkdaşlıq etməyə razı saldılar. Həmçinin onun özü də əməkdaşlıqla bağlı 1920-ci ilin 12 dekabrında Fövqəladə Komissiyanın sədri Xanbudaqova müraciət ünvanladı.[3]
1920-ci ilin dekabrın 25-də müstəntiq Ponomaryov "Müsavat naziri" kimi ittiham olunan Viktor Klenevskinin həbsdən buraxılması haqqında qərar çıxardı.[4]
Onun həbsdən sonrakı həyatı haqqında məlumat yoxdur.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Parlamentdə
[redaktə | mənbəni redaktə et]Viktor Klenevski 15 dekabr 1918-ci ildə Slavyan-Rus Cəmiyyəti üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. O parlamentin nizamnamə komissiyasının üzvü olmuşdur.
Parlamentin 3 aprel 1919-cu il tarixli sayca iyirmi altıncı iclasında dövlət qulluğuna keçdiyi üçün Viktor Klenevskinin məbusluqdan azad edildiyi elan olundu,
lakin o, 16 oktyabr 1919-cu ildə Slavyan-Rus Cəmiyyəti tərəfindən Sergey Mixaylovun əvəzinə yenidən namizəd göstərilərək parlament üzvü seçilmişdir.
Klenevski 26 fevral 1920 tarixində parlament üzvlüyündən çıxmışdır.
Hökumətdə
[redaktə | mənbəni redaktə et]Klenevski Azərbaycan Cümhuriyyəti dövründə Sosial Təminat Nazirliyində Qaçqınların işi üzrə idarəyə rəis təyin olunub.
Viktor Klenevski 1919-cu ilin martın 14-də II Yusifbəyli hökumətində Slavyan-Rus Cəmiyyətinin təmsilçisi olaraq sosial təminat naziri vəzifəsinə təyin olundu. O, bu vəzifəni 1919-cu ilin dekabrın 24-nə – hökumətin istefasına qədər icra etdi.[5]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
- Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Cümhuriyyət Qurucuları, 2018. səh. 378-382
- ↑ Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Arxivi. PS-12174 saylı K. Lizqara aid istintaq işi, v. 25.
- ↑ Lətif Şüküroğlu, 2000. səh. 106
- ↑ Lətif Şüküroğlu, 2000. səh. 115
- ↑ Viktor Klenevski // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. 472. ISBN 9952-417-44-4.