Vostok (Antarktika stansiyası)
«Vostok stansiyası» — Rusiyanın Antarktidada elmi stansiyası. Bu müasir dövrdə Rusiyanın istifadə etdiyi yeganə materikin daxilində yerləşən stansiyadır.[1][2][3]. Stansiya 1819-1821 -ci illərdə Faddey Bellinshauzenin rəhbərli altında birinci antarktika ekspedisiyası zamanı istifadə olunan Vostok gəmisinin şərəfinə adlandırılıb.
Bu stansiya 16 dekabr 1957-ci ildə 2-ci Sovet Antarktika ekspedisiyası zamanı yaradılıb[4][5][6]. Uzun müddət stansiyanın rəhbəri V.S.Sidorov olmuş.
Stansiya ərazisində buz qatının qalınlığı 3700 m-dir.
İqlim xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Stansiyanın yerləşdiyi bölgə dünyada ən sərt iqlimə məxsus ərazilərdən biridir.
- Güclü soyuq. Ərazi il boyu çox aşağı temperatur rejimi ilə diqqət çəkir. Vostok stansiyasında ən aşağı temperatur göstəricisi qeydə alınıb: −89,2 °C (21 iyul 1983)[7][8]. Bu göstərici XX əsrdə bütün metroloji stansiyalarda qeydə alınan ən aşağı temperatur hesab olunur. Stansiyanın tarixi boyu ən isti yay günü 16 dekabr 1957-ci ildə qeydə alınıb: - 13, 6 °C[9]. Məhz bu səbəbdən bölgə dünyanın Soyuqluq qütbü adlanır.
- Sıfıra yaxın rütubətlənmə əmsalı.
- Küləyin orta illik sürrəti 5 m/s, maksimum isə 27 m/saniyədir. ( hardasa 100 km/saat).
- Stansiyanın yerləşmə hündürlüyü - 3488 metr. Bu ərazidə oksigen çatışmamazlığına səbəb olur.
- Havanın yüksək ionlaşması.
- Qazların parsiyal təziqi normal havada olan durumdan fərqlidir.
- Karbon qazının çatışmamazlığı müntəzəm tənəffüs aktının pozulmasına səbəb olur.
- Qütb gecəsi 23 apreldən 20 avqusta qədər davam edir.( 120 gün)
Belə şəraitdə akklimatizasiya bir həftədən bir -iki aya qədər davam edə bilir. Bu zaman başgicəllənməsi, qulaqda ağrılar, burundan qan axmalar, yuxu və iştahın pozulması kimi hallar müşahidə olunur. Oynaqlarda ağrılar və bədən çəkisinin azalaması hallarıda tez-tez qeydə alınır.
Ərazidə demək olarki yağıntı müşahidə olunmur. Yağıntıların orta illik göstəricisi - 18 mm-dir.
Vostok stansiyasının iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | −14 | −21 | −30 | −33 | −38 | −33 | −34,1 | −34,9 | −34,3 | −33,6 | −24,3 | −13,6 | −13,6 |
Orta temperatur, °C | −31,9 | −44,1 | −57,8 | −64,7 | −65,6 | −65,4 | −66,5 | −67,8 | −66 | −57,1 | −42,5 | −31,5 | −55,3 |
Mütləq minimum, °C | −56,4 | −64 | −75 | −86 | −81,2 | −83,8 | −89,2 | −85,1 | −85,9 | −76,1 | −63,9 | −50,1 | −89,2 |
Yağıntı norması, mm | 0,7 | 0,3 | 1 | 2 | 3 | 2 | 2 | 2 | 2 | 2 | 1 | 1 | 18 |
Mənbə: Погода и Климат (1957—2013-cü illərin göstəriciləri) |
Stansiyanın mövqeyi
[redaktə | vikimətni redaktə et]«Vostok» elmi-tədqiqat stansiyası Cənub qütbündən 1253 km, "Mirnı" Antarktika stansiyasından 1410 km və yaxın dəniz sahilindən isə 1260 km aralı yerləşib. Bölgədə olan buz qatının qalınlığı 3700 m-dir. Stansiyanın yerləşdiyi ərazidə buzlaq qatının yatağının hündürlüyü dəniz səviyyəsindən 200 m aşağıdır[8].
Qış zamanı stansiyaya gəlmək qeyri-mümkündür. Bu o deməkdir ki, qış zamanı stansiyadakılar kənar köməyə ümüd bəsləməməlidirlər. Stansiyaya yüklərin gətirilməsi ancaq hava nəqiliyyatı vasitəsi ilə həyata keçirilir və bu daha çox yay dövrünə təsadüf edilir. Digər vaxtlar yük daşınması "Proqress" Antarktika stansiyasından xizək-tırtıllı qatarla həyata keçirilir.[10]. Əvvəllər bu daşınma "Mirnı" stansiyasından həyata keçirilərdi[11]. Yük daşınmanın yaratdığı çətinliklər haqqında Sanin, Vladimir Markoviç öz kitabında geniş söz açır.
«Vostok » stansiyası Cənub maqnit qütbünə yaxın yerləşib və məhz buna görə də, stansiya Yerdə maqnit sahəsinin dəyşməsinin öyrənilməsi üçün çox əlverişlidir. Stansiyada adətən yay dövründə 40 nəfər - alim və mühəndislər olur. Qışda onların sayı 20 nəfərə enir.
«Vastok» stansiyasında elmi fəaliyyət
[redaktə | vikimətni redaktə et]Rus mütəxəssisləri artıq 40 ilə yaxındır ki, burada karbohidrogenlərin və mineralların xammalı, içməli su axtarış aparırlar. Ərazidə aero-metroloji, geofiziki, qlyasioloji müşahidələr aparılmaqdadır. Bundan başqa xüsusi tibbi araşdırma, eləcədə iqlim dəyişikliyi üzrə və Ozon dəliyinin öyrənilməsi barəsindədə tədqiqat aparılır.
Vostok stansiyasında 1990-cı illərin ortalarında xüsusi qazma qurğularının köməyi ilə buz layının altında relikt Vostok gölünü aşkar etmişlər[12]. Göl 4000 m-lik buz qatı altında yerləşir və təxmini ölçüləri 250×50 km-dir. Ehtimal olunan sahəsi 15,5 min. km²-dir. Dərinliyi 1200 metrdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "На российской антарктической станции Восток пробурена скважина до реликтового подледникового озера". 2015-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ "Feb 7, 2012 12:06pm Lake Vostok, Sealed in Antarctic Ice, Reached by Russian Drillers". February 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2016.
- ↑ "Missing scientists mystery deepens in frozen Antarctica By Jeremy A. Kaplan Published February 03, 2012". September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2016.
- ↑ "Ледяной материк на юге". REA Coğrafiya İnstitutu. 2016-03-04 tarixində arxivləşdirilib.
- ↑ История открытия и исследования Антарктиды Arxivləşdirilib 2016-04-12 at the Wayback Machine А.Ф. Трешников. Создание станции Восток — М.: Географгиз, 1963. — С. 308. — 432 с. — (Открытие Земли). — 17 000 tiraj.
- ↑ Vyaçislav Venediktov. "Южный форпост геополитики". «Вокруг света» jurnalı, №2 (2785). 2006-02. 2017-01-14 tarixində arxivləşdirilib.
- ↑ Кравчук П. А. Рекорды природы. — Любешов: Эрудит, 1993. — 216 с.
- ↑ 1 2 Станция Восток Arxivləşdirilib 2007-08-08 at the Wayback Machine ААНИИ Arxivləşdirilib 2022-10-02 at the Wayback Machine sayıtı
- ↑ "Кравчук П. А. Географический калейдоскоп. — Киев: Радянська школа, 1988". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
- ↑ "Вести недели: Тысяча километров по «Снежной Сахаре»". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.
- ↑ "Санно-гусеничный поход Восток — Мирный. — gennady_gusarov". 2016-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.
- ↑ "Rossica sunt, non leguntur — станция Восток (центральная Антарктида): история глубокого бурения льда и жизнь станции в картинках". 2016-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.