51°31′06″ şm. e. 0°05′12″ q. u.HGYO

İngiltərə Bankı

Vikipediya, azad ensiklopediya
(Bank of England səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Böyük Britaniya Krallığının
Mərkəzi Bankı
Yerləşməsi
51°31′06″ şm. e. 0°05′12″ q. u.HGYO
Ölkə
Ünvan Threadneedle küçəsi, London
Ümumi məlumatlar
Yaranma tarixi 27 iyul 1694
Sədr Mark Kerney
Ehtiyatları £408,492,000,000
Valyuta Funt sterlinq
Digər məlumatlar
Saytı bankofengland.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir.

İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir. Onlardan ən vacibi iqtisadi inkişafın artımı məqsədilə qiymətlərin sabitliyi və hökumətin iqtisadi siyasətinə dəstəyin göstərilməsidir. İngiltərə Bankı öz fəaliyyətini üç prioritet məqsəddən çıxış edərək həyata keçirir:

  • Monetar siyasətin sabitliyi – milli valyutanın (funt sterlinqin) kursunun sabitliiyini və alıcılıq qabilliyətini təmin etmək. Bu vəzifəni bank əsasən faiz dərəcəsinin dəyişdirilməsi yolu ilə həyata keçirir. Faiz dərəcəsi bankın "Monetar Siyasət Komitəsi" tərəfindən müəyyən edilir. Həmçinin bank iqtisadiyyatı nağd pulla təmin etmək və nağd pulun fiziki dövriyyəsini təşkil etmək funksiyasına da malikdir. Bank İngiltərəUels əsginaslarının çap olunması üzrə inhisar hüququna malikdir. Şotlandiya bankları (The Royal Bank of Scotland, The Bank of Scotland və The Clydesdale Bank) və Şimali İrlandiya bankları (Bank of Ireland, First Trust Bank, Nothern Bank və Ulster Bank) öz əsginaslarını buraxmaq hüququnu saxlayırlar, lakin bu əsginasların buraxılması İngiltərə Bankında bir-bir depozit ilə təyin edilməlidir.
  • Maliyyə sabitliyinin dəstəklənməsi – burada maliyyə sistemi üçün təhlükələrin aradan qaldırılması nəzərdə tutulur. Bu təhlükələr bankın analitik xidmət və digər nəzarət orqanları tərəfindən müəyyən edilir. Bu təhlükələrin aradan qaldırılması üçün bank daxili və xarici bazarlarda maliyyə əməliyyatlarını aparır. İngiltərənin maliyyə sektorunun sabitliyinin təmin edilməsi məqsədilə bank bir neçə dövlət maliyyə qurumu, o cümlədən İngiltərə Xəzinədarlığı və Maliyyə Xidmətləri Təşkilatı ilə əməkdaşlıq edir.
  • Ölkə daxilində və beynəlxalq aləmdə maliyyə sisteminin effektivliyinin və rəqabət davamlılığının təmin edilməsi və yüksəldilməsi.

Bank direktorlar şurası tərəfindən idarə olunur. Şura sədr, iki sədr müavini və 16 üzvdən ibarətdir. Vəzifələr təyinat parlamenti tərəfindən təsdiq olunduqdan sonra kraliçanın fərmanı əsasında həyata keçirilir. Sədr və onun müavinləri 5 il müddətinə, şuranın üzvləri isə 3 il müddətinə təyin edilirlər. Onlar yenidən seçilmək imkanına malikdirlər. Direktorlar şurası ən azı ayda bir dəfə görüş keçirməlidir. Direktorlar şurasının səlahiyyətlərinə İngiltərə Bankının pul-kredit siyasətindən başqa bütün idarəetmə məsələləri aiddir. Pul-kredit siyasəti "Monetar Siyasət Komitəsi"nin səlahiyyətindədir. Komitənin rəhbəri İngiltərə Bankının idarə heyətinin sədridir. Komitə rəsmi faiz dərəcələrini müəyyən edən yeganə dövlət qurumudur. Böyük Britaniyanın pul siyasətinin  əsas məqsədi qiymət stabilliyinin idarə edilməsidir. Qiymətlərin optimal səviyyəsinin saxlanması indiki zamanda iki istiqamətə malikdir: inflyasiya səviyyəsinin 2,5% və daha az olması, monetar siyasətin daha açıq (sərbəst) rejimi.

İngiltərənin pul siyasətinin mühüm aləti faiz dərəcələrinin səviyyəsinin tənzimlənməsidir. Monetar siyasətin alətlərindən biri İngiltərə Bankının açıq bazardakı əməliyyatlarıdır. O ilk dəfə XX əsrdə 30-cu illərin əvvəllərində tətbiq olunmağa başlamış və İngiltərə Bankının uçot dərəcələrinin payını tədricən azaltmışdır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 Global Research Identifier Database (ing.). 2015.