Nelson sütunu
Nelson sütunu — (ing. Nelson's Column) — Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə.
Tikintisi və dizaynı
[redaktə | vikimətni redaktə et]Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə — Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus "HMS Victory" gəmisi durub.
Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir. Edvin Landsir tərəfindən yaradılan və sütunun aşağı hissəsində yerləşən dörd şir isə sonradan — 1867-ci ildə əlavə olunmuşdur.
Abidə 20-ci əsrdə
[redaktə | vikimətni redaktə et]Sütun haqqında olan şəhər əfsanələrindən birinə görə, şotlandiyalı fırıldaqçı Artur Ferqyuson 1925-ci ildə abidəni sadəlövh amerikalılara satmışdır.
Sütun Adolf Hitler üçün də simvolik əhəmiyyət daşıyırdı. O, Böyük Britaniyanı işğal etdikdən sonra onu Berlinə aparmağı planlaşdırırdı.
BBC kanalında uşaq verilişinin aparıcısı Con Nuks 1970-ci ildə kolonnaya dırmaşmışdır. Teleaparıcı Harri Vilmot isə 1989-cu ildə sütuna çıxmağı bacarmışdır.
Bərpa işləri
[redaktə | vikimətni redaktə et]Sütun 2006-cı ildə yenidən qurulmuşdur. Bərpadan öncə aparılan lazer müayinəsi müəyyən etmişdir ki, sütunun hündürlüyü əslində öncədən bilindiyi kimi 56 metr yox 51.5 metrdir.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]http://www.theguardian.com/travel/2007/oct/01/rorymaclean.travelbooks