Harrods
Harrods | |
---|---|
Harrods | |
Ümumi məlumatlar | |
Sənaye | pərakəndə |
Məhsulları | keyfiyyətli və lüks məhsullar |
Təsis tarixi | 1834 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | £126 million (2015) |
Ümumi aktivlər | £769 million (2015) |
Struktur | |
İşçi sayı | 12,000 (2013 |
Rəhbərlik | |
Təsisçi | Çarles Henri Harrods |
harrods.com/en-gb | |
Vikianbarda əlaqəli mediafayllar |
"Harrods" — Londonda yerləşən dəbdəbəli mağaza. Hal-hazırda Qatar Əmirliyinin mülkiyyətindədir[1]. "Harrods" brendi altında Harrods Bankı, Harrods Aviasiyası və s. müəssisələrə aiddir.
Mağazanın sahəsi 20 000 kvadrat metrdir və 90 000 kvadrat metr ərazidə 330 mağazanı özündə cəmləşdirir.[2]
Harrods mağazasının devizi latın dilində olan Omnia Omnibus Ubique ifadəsidir, “hər şey hər yerdə hami üçün” kimi tərcümə olunur.[3] Mağazanın bəzi şöbələri, eləcə də Milad şöbəsi və qida zalları əhali arasında daha populyardır. Harrods mağazası Böyük Britaniya Parlamenti və Big Bendən sonra Londondakı üçüncü ən məşhur yer sayılır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Şirkət 1824-cü ildə 25 yaşlı Çarlz Henri Harrod tərəfindən təsis edilib və ilk fəaliyyətinə kiçik bir baqqal mağazası olaraq başlayıb. 1849-cu ildə Harrod Brompton Yolu üzərində kiçik bir mağazanı satın aldı. Buradakı iki satıcısı ilə fəaliyyətinə davam edir. Harrodsun oğlu Çarles Diqbi Harrods 1880-ci ildə 100 nəfərlik heyət ilə mağazanın fəaliyyətini böyüdür.
1883-cü ilin dekabr ayında bina tamamilə yanaraq kül olur, buna baxmayaraq, Harrods Milad bayramı ərəfəsində satış rekordu əldə edir. 1898-ci ilin noyabrında Böyük Britaniyada ilk dəfə Harrods mağazasının daxilində eskalator açıldı. 1922-ci ildə Harrods satıldı, ancaq tarixi adını qorudu.
1985-ci ildə mağazanı Misir milyarderi Məhəmməd əl-Feyed almış, 2010-cu ildə isə onu dövləti "Qatari İnvestisiya Fondu" na 1,5 milyard funt sterlinqə satmışdı.
Məhsullar və xidmətlər
[redaktə | vikimətni redaktə et]Qadınlar, kişilər, uşaqlar və azyaşlılar üçün elektronika, zərgərlik, idman malları, toy məhsulları, ev heyvanları üçün məhsullar, oyuncaq, yemək, sağlamlıq və gözəllik məhsulları, müxtəlif geyim və xidmətlər təklif edən 300-dən çox şöbə və bölməsi var.
Mağazanı gün ərzində 300 mindən çox müştəri ziyarət edir. Bu İngiltərədə ən çox adam qəbul edən ticarət mərkəzidir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Qatar investor buys UK department store Harrods" Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine. Reuters. 2010. Retrieved 2017-06-05.
- ↑ La Nación newspaper, Buenos Aires, Harrods, the return of an icon of Bienos Aires, April 2010 Arxivləşdirilib 2010-08-08 at the Wayback Machine (in Spanish)
- ↑ "History of Harrods department store" Arxivləşdirilib 2022-09-03 at the Wayback Machine. BBC News. 2010-05-08. Retrieved 2017-07-03.