Kamal Abdulla

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kamal Abdulla
Vəzifədədir
1 iyun 2017-ci ildən
bayraq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri
bayraq2
Vəzifədədir
28 noyabr 2014-cü ildən
bayraq
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
bayraq2
28 fevral 2014 – 1 iyun 2017
iyun 2000 – 28 fevral 2014
ƏvvəlkiFirudin Hüseynov
SonrakıAsif Hacılı
Şəxsi məlumatlar
Doğum tarixi 4 dekabr 1950(1950-12-04) (73 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti türkoloq, yazıçı, ədəbiyyat tənqidçisi, ədəbiyyat tarixçisi
Elmi fəaliyyəti
Elm sahəsi filologiya
Elmi dərəcəsi

Təltifləri "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 2019 "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1999
"Şöhrət" ordeni"Şərəf" ordeni — 2020 "Puşkin" medalı — 2007
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019 "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı — 2019
"Humay" mükafatı — 2007
kamalabdulla.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev; 4 dekabr 1950, Bakı) — Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (2019) və əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri.

Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin[1] fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür.

Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.

  • 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
  • 1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub.
  • 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.
  • 1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
  • 1983-cü ildən başlayaraq televiziyada "Azərbaycan dili", "Qoşma", "Dəfinə", "Sözün sirri" kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı.
  • 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.

Çalışdığı vəzifələr

[redaktə | mənbəni redaktə et]
  • 1984–1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri.
  • 1988–1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri.
  • 1990-cı ildə M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun "Ümumi və rus dilçiliyi" kafedrasının müdiri seçilib.
  • 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri.
  • 1994–1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru olaraq fəaliyyət göstərib.
  • 2000-ci ilin may ayında M. F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.
  • 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.
  • 2011–2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitarictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.
  • 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.
  • 2015-ci ildə "ADA" Universitetində "Azərbaycançılıq" fənnini tədris etmişdir.
  • Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib.
  • 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.

Beynəlxalq təşkilatlar

[redaktə | mənbəni redaktə et]

ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalkoStrasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə) təşkilatçısı və iştirakçısı olub.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

Akademik Kamal Abdulla 2015-ci ildə (prof. E. Ə. Nəcəfov ilə həmmüəlliflikdə) "Multikulturalizm" fənni üzrə "Multikulturalizmə giriş" (Bakalavr səviyyəsi üçün) və "Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. O, "Azərbaycan multikulturalizmi" adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E. Ə. Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.

  • 1983 — "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri", ("Проблемы синтаксиса простого предложения в азербайджанском языке") (Bakı, Elm)
  • 1999 — "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" (Bakı, Maarif)
  • 2005 — "Azərbaycanda rus dili" prof. İlyas Həmidovla birgə (Bakı)
  • 2010 — "Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik" (Bakı)
  • 2012 — "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" dilçi alimlər ilə birlikdə (Bakı)
  • "Azərbaycanca danışaq" (Paris 2008; Buxarest 2010; Budapeşt 2011; Abu-Dabi 2012).
Ədəbiyyatşünaslıq, tənqid və esseistika
[redaktə | mənbəni redaktə et]
  • 1985 — "Müəllif – əsər – oxucu" (Bakı, Yazıçı)
  • 1990 — "Əvvəl – axır yazılanlar"(Bakı, Yazıçı)
  • 1993 — "Yolun əvvəli və axırı" (Bakı, Azərbaycan Dövlət nəşriyyatı)
  • 2007 — "300 azərbaycanlı" (Bakı, Mütərcim) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəflərini işıqlandırılır. 2011-ci ildə Kamal Abdulla, Salam SarvanEtimad Başkeçidin Kamal Abdulla yaradıcılığı və dünya ədəbiyyatının, mədəniyyətinin aktual və maraqlı problemləri haqqında ədəbi söhbətləri "Məqamlar" adlı kitab halında çapdan çıxmışdır.
Qorqudşünaslıq
[redaktə | mənbəni redaktə et]
  • 1991 — "Gizli Dədə Qorqud" (Bakı, Yazıçı)
  • 1999 — "Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2" (Bakı, Elm)
  • 2006 — "Тайный Деде Коркут" (Bakı, Mütərcim)
  • 2009 — "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" (Bakı, Mütərcim) adlı kitablar yazıb nəşr etdirmişdir.
  • 1995 — "Gizli Dede Korkut" kitabı Bursada (Bursa, Ekin Basınevi), İstanbulda (İstanbul, Ötükən Basınevi, 1995) və yenə təkrar İstanbulda "Mitten yazıya ve ya Gizli Dede Korkut" (İstanbul, Ötüken Basınevi, 2013) ayrı-ayrılıqda türk dilinə çevrilərək çap olunub.
  • "Kitabi-dədə Qorqud" dastanının poetikasına giriş" (Bakı, 2017)

Bədii fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub və nəşr edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

Kamal Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı:

  • 1995 — "Unutmağa kimsə yox" (Bakı, Azərnəşr)
  • 1997 — "Ruh" (Bakı, Azərnəşr)
  • 2003 — Bir, iki, bizimki! (Bakı, Mütərcim)
  • 2004 — "Casus" (Bakı, Mütərcim)
  • 2006 — "Ruh" (Ankara)
  • 2009 — "Все мои печали" (Bakı, Mütərcim)

Nəşr olunmuşdur:

  • 2001 — "Gümüş dövrün sirləri" adlı tərcümə kitabçasının müəllifidir (Bakı, Mütərcim).
  • 1998 — "Qəribədi, deyilmi?!" (Bakı, BDU-nun mətbəəsi)
  • 2014 — "Nar çiçəkləri" kitablarında müəllifin şeirləri cəmlənib (Bakı, Mütərcim).
  • 2002 — "Kədərli seçmələr" adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb (Bakı, Mütərcim).

"Yarımçıq əlyazma" romanı

[redaktə | mənbəni redaktə et]

"Yarımçıq əlyazma" romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Bundan sonra "Le Manuscrıt inachevé" adı ilə Fransada (Paris, L’Harmattan, 2005, təkrar nəşr: 2013), "Eksik El Yazması" adı ilə Türkiyə (İstanbul, Ötüken, 2006, təkrar nəşr: 2014), Rusiyada "Неполная рукопись" adı ilə (Moskva, Xroniker, 2006, təkrar nəşr: "Романы" kitabında (Moskva, Xudojestvennaya literatura, 2013), "Под сенью Карагача" (Moskva, Xudojestvennaya literatura, 2016), Braziliyada "O Manuscrito İnacabado" adı ilə (João Pessoa, İdeia, 2009), Polşada "Zagadkowy Rykopis" adı ilə (Torun, 2009), Misirdə "رلمخطوط المبتو" adı ilə (Qahirə, 2012), Amerikada "The Incomplete Manuscript" adı ilə (Hyuston, 2013), Qazaxıstanda "Толык емес колжазба" adı ilə (Astana, 2013), Avstriyada "Das unvollständige manuscript" adı ilə (Vyana, 2013), Qırğızıstanda "Толук емес колжазма" adı ilə (Bişkek, 2014), İtaliyada "İl Manoscritto İncompleto" adı ilə (Roma, 2014; Roma, 2015), Monteneqroda "Nepotpuni rukopis" adı ilə (Podqorica, 2015), Yaponiyada (Suseyşa, 2017) çap edilib.

"Sehrbazlar dərəsi" romanı

[redaktə | mənbəni redaktə et]

Sufi dərvişlərin həyatından bəhs edən "Sehrbazlar dərəsi" romanı Bakıda 2006-cı ildə (ikinci nəşr: Bakı, "Qanun", 2018), "Büyücüler deresi" adı ilə Türkiyədə 2010-cu ildə, "Долина Кудесников" adı ilə Rusiyada 2010-cu ildə (Rusiyada təkrar nəşr: "Романы" kitabında, Moskva, Xudojestvennaya literatura, 2013, "Под сенью Карагача", Moskva, Xudojestvennaya literatura, 2016), "Stebukladarių slėnis" adı ilə Litvada 2013-cü ildə, "Сикыршылар ангары" adı ilə Qazaxıstanda 2013-cü ildə, "La vallée des magiciens" adı ilə Fransada 2013-cü ildə, "魔術師の谷" adı ilə Yaponiyada 2013-cü ildə, İranda 2014-cü ildə, "Valley of the sorcerers" adı ilə Amerika Birləşmiş Ştatlarında 2015-ci ildə, "La valle dei maghi" adı ilə İtaliyada "Sandro Teti Editore" nəşriyyatında 2016-cı ildə, "Cămpia Vrăjitorilor" adı ilə Rumıniyada "Princeps Multimedia" nəşriyyatında 2019-cu ildə çap olunub.

"Unutmağa kimsə yox…" romanı

[redaktə | mənbəni redaktə et]

Kamal Abdullanın "Unutmağa kimsə yox…" romanı 2011-ci ildə Bakıda (ikinci nəşr: Bakı, "Qanun", 2018) çap edilmişdir. Roman "И некого забыть…" adı ilə 2015-ci ildə Bakıda, "Qanun" nəşriyyatında rus dilində, 2016-cı ildə "Под сенью Карагача" kitabında, Moskvada, "Xudojestvennaya literatura" nəşriyyatında çap edilmişdir. "Unutmağa kimse yok" adıyla Türkiyədə nəşr edilib.

"Tarixsiz gündəlik" povesti

[redaktə | mənbəni redaktə et]

Müəllifin öz məktəb həyatından bəhs edən "Tarixsiz gündəlik" povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci ildə povest "Открывая друг друга" adlı topluda "Дневник с заметками на полях" adı ilə rus dilində çap edilmişdir. Tarixsiz gündəlik" povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Əsərlər toplusu" adlı kitabda dərc edilib. Həmçinin 2007-ci ildə povest "Един към друг" adlı topluda "Дневник с бележки в полетата" adı ilə bolqar dilində çap edilmişdir.

Moskvada "Господин дороги" adlı şeirlər və pyeslər toplusu nəşr edilmişdir (Moskva, Rif Roy, 2004). 2009-cu ildə 10 hekayədən ibarət "Hekayələr"(Bakı, Mütərcim) kitabı çapdan çıxmışdır. 2012-ci ildə 17 hekayədən ibarət "Labirint" adlı kitabı çap olunmuşdur. 2014-cü ildə "Sirri-zəmanə" adlı hekayələr toplusu çap olunmuşdur. 2014-cü ildə Moskvada son illərdə qələmə aldığı hekayələr toplanmış "Платон, кажется, заболел…", 2017-ci ildə "Edam vaxtını dəyişmək olmaz" hekayələr kitabı, "Platon se izgleda razboleo…" hekayələr toplusu Belqrad, Verzal. D.o.o nəşriyyatında 2018-ci ildə çap olunmuşdur.

"Laokoon… Laokoon" romanı

[redaktə | mənbəni redaktə et]

Kamal Abdullanın "Laokoon… Laokoon" romanı Almaniyada nəşr olunub. Almaniyanın "Pem" nəşriyyatı tərəfindən çap olunan kitab "Amazon" və "Thalia" kimi böyük internet satış saytlarında oxuculara belə təqdim edilib: "Laokoon və ya roman kimi roman[2].

"Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı"

[redaktə | mənbəni redaktə et]

Kamal Abdullanın müəllifliyi ilə "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı" onun tərəfindən ADA Universitetində "Azərbaycanşünaslıq" kursunda oxunan mühazirələr əsasında yazılıb. Nəşrdə Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyətindən söhbət açılır, Azərbaycanın intibah və maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır. Ədəbi fikrimizin zirvəsi hesab edilən "Kitabi-Dədə Qorqud" dastanının tədqiqatçısı Kamal Abdulla bu nəşrdə Azərbaycanın multikulturallıq modelinin dastandakı izlərini araşdırır, milli-mənəvi dəyərlərimizi qlobal dəyərlər fonunda qiymətləndirərək gənc nəsli dastanı öyrənməklə dünya ilə adekvat münasibətlər qurmağa çağırır. Kitab digər təhsil müəssisələrində də "azərbaycançılıq" məfkurəsinin tədrisində dəyərli vəsait kimi istifadə edilə bilər[3].

Onun haqqında "Kədərin sirri" (müəllifi Elçin Səlcuq), "Kamal Abdulla: seçimin morfologiyası" (müəllifi prof. Asif Hacılı), "Kamal Abdulla: Yazıdan mifə" (müəllifi Rüstəm Kamal) və Türkiyədə "Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində" (müəllifi Mehman Musaoğlu), Rumıniyada "Камал Абдулла: Философия полноты" (müəllifi Lyudmila Bejenaru) adlı kitablar çap olunub. Elmi və bədii yaradıcılığı ilə bağlı Rusiya, Türkiyə, Fransa, Braziliya, Polşa, Litva, Rumıniya, Qazaxıstanda, Qırğızıstanda və başqa ölkələrdə yazılar çap edilib.

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]
  • 1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanının tədqiqindəki xidmətlərinə görə Kamal Abdullayevə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adı verilmişdir.
  • 2007-ci ildə — Rusiya Federasiyasının Puşkin medalı;
  • 2007-ci ildə — Azərbaycanda Humay mükafatı;
  • 2007-ci ildə — 525-ci qəzetin "İlin romanı" adlı mükafatı;
  • 2007-ci ildə — Monitorinq qrupunun "İlin ədəbiyyat adamı";
  • 2009-cu ildə — Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə "Karl Kramej" medalı;
  • 2009-cu ildə — Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən "Böyük Xaç" kavaler ordeni;
  • 2009-cu ildə — Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu;
  • 2010-cu ildə — Dədə Qorqud Milli Fondunun "Dədə Qorqud Milli Mükafatı" "Azərbaycan dünyası" beynəlxalq jurnalının "Vətən övladı" qızıl medalı;
  • 2010-cu ildə — III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində "Yarımçıq əlyazma" romanına görə "Son 10 ilin ədəbi əsəri" mükafatı;
  • 21 may 2015-ci — İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində "Elmi fəaliyyətə görə" mükafat;
  • 21 sentyabr 2015-ci ildə — "Yarımçıq əlyazma" romanı İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno" mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizi;
  • 3 dekabr 2015-ci — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni;
  • 23 mart 2016-cı ildə — Rusiyanın məşhur "Xydojestvennaya literatura" nəşriyyatı tərəfindən çap edilən "Platon, deyəsən, xəstələnib…" ("Платон, кажется, заболел…") hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan yüksək mükafata — "Qızıl Delviq"ə layiq görülüb;
  • 2017-ci ildə — Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik və onun nəşr etdiyi "Euromanager" jurnalı tərəfindən "Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə" mükafatı.
  • 24 may 2019-cu — ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.[4]
  • Kamal Abdulla "2018–2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda qalib olub.
  • 10 iyul 2019-cu ildə — Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
  • 19 iyul 2019-cu ildə — Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə "Azərbaycan diplomatik xidmət orqanları – 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.
  • 13 sentyabr 2019-cu ildə Macarıstan Prezidenti Yanoş Aderin tərəfindən Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə "Zabit Xaçı" ali xidmət ordeni ilə təltif edilmişdir
  • Sofiya Universitetinin ali mükafatı – "Honorary Blue Ribbon Insignia" ("Mavi Lent Fəxri Nişanı")
  • 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib[5]
  • 14 dekabr 2021-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Yaşayan Dədə Qorqud" mükafatı təqdim olunub[6].
  • 4 iyun 2022-ci ildə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Şərəf" medalı ilə mükafatlandırıb[7].
  1. AzərTAc. "Akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib" (az.). AzərTAc. 21.10.2022. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
  2. "Kamal Abdullanın "Laokoon… Laokoon" romanı Almaniyada nəşr olunub". azertag.az. 20.06.2022. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2022.
  3. "ADA Universitetinin yeni nəşri: "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı"". azertag.az. 12.01.2021. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2022.
  4. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
  5. "K.M.Abdullayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  6. "Kamal Abdullaya "Yaşayan Dədə Qorqud" mükafatı təqdim olundu" (az.). 525.az. 15.12.21. 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2022.
  7. "Akademik Kamal Abdulla TÜRKSOY-un "Şərəf" medalı ilə mükafatlandırılıb" (az.). azertag.az. 04.06.2022. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]