35°14′21″ şm. e. 74°35′24″ ş. u.HGYO

Nanqaparbat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nanga Parbat
urdu نانگا پربت, ing. Nanga Parbat
Ümumi məlumatlar
Dağ sistemi Himalay
Dağ silsiləsi Nangaprabat
Mütləq hündürlüyü 8125[1]
Nisbi hündürlüyü 4608 m
İlk fəthi 3 iyul 1953-cü il (German Bul.)
Yerləşməsi
35°14′21″ şm. e. 74°35′24″ ş. u.HGYO
Ölkə  Pakistan
Region
  • Kəşmir
Nanga Parbat xəritədə
Nanga Parbat
Nanga Parbat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nanga Parbat[2], Nangaparbat[3], Nanga-Parbat[4] (urdu نانگا پربت — «Çılpaq dağ», ing. Nanga Parbat[1][5], sanskr. Diamir — «Tanrıların dağı»[6]) (8125 m) — Ən yüksək dağlar siyahısında doqquzuncu ən hündür səkkizminlik zirvə. Himalay dağlarının şimal-qərbində, silsilənin aydın nəzərə çarpan şimal-qərb qurtaracağı. Dünyada hündürlüyü 8000 metrdən yüksək olan dırmanış üçün ən çətin və təhlükəli olan ününcü dağ.

Nangaparbat dağ massivi Qərbi Himalayada, Hind və Astor çayları arasında yerləşir. Massiv Pakistanın Gilgit-Baltistan (Kəşmir) bölgəsinə daxildir.

Dağ massivi aydın seçilən dörd zirvədən ibarətdir. Əsas zirvənin hündürlüyü 8000 metri keçir:

Zirvə Hündürlük,

m

1 Nanga Parbat 8125
2 Rakiot-Pik 7070
3 Rupal 7000
4 Çonqra-Pik 6820

Nangaparbat massivindən şimal-qərbdə Diamir, Rakiot , Buldar; şərqdə və cənub-şərqdə isə — Çonqra, Tarşinq,Rupal və Rama buzlaqları mövcuddur.

Rupal divarı - Nanga Parbatın cənub-şərq yamacını təşkil edir. Bu dünyanın ən hündür divarı hesab olunur. Ətəkdən zirvəyə qədər olan hündürlük 4500 metrdir.

Dağ massivində olan qarbuzlaqlardan Hind çayının qolları — Astor, Buldar, Rakiot, Patro, Diamir, Rupal və s. çaylar qidalanır.

Fəth olunma tarixi

[redaktə | mənbəni redaktə et]

Nanga Parbat zirvəsini ilk dəfə XIX əsrdə avropadan səyahət edən Adolf Şlaqintvet müşahidə etmiş və ilk dəfə dağın cizgilərini çəkmişdir. Zirvəyə olan ilk dırmanış cəhti 1895-ci ildə Albert Frederik Mammeridən olmuş. O dünyada alpinizm tarixində ilk dəfə olaraq səkkizminlik zirvəyə dırmanmağa cəht göstərmiş. Mammeri həm də Nanga Parbata və səkkizminilik zirvəyə dırmanaraq həlak olan ilk insan kimi tarixə düşdü. Onu sonuncu dəfə 6400 metrilk yüksəklikdə görmüşlər və ehtimal onur ki, o qar uçqunu nəticəsində həlak olmuş[7].

Zirvəyə olan növbəti cəhti alman-amerikalı ekspedisiya 1932-ci ildə həyata keçirmiş. Yekun olaraq onlar Çonqra-Pik və Rakiot-Pik zirvələrini fəth etmişlər[8].

1934-cü ildə ikinci alman ekspedisiyası, Villi Merklyanın rəhbərliyi ilə zirvəyə növbəti cəhti həyata keçirmişlər. Öndə gedən qrup ilk öncə 7850 metrlik hündürlüyü fəth etdilər. Ancaq sonra başlayan doqquz günlük çovğun onların geri dönmələrinə səbəb olmuş. Geri dönüş zamanı soyuq və taqətsizlikdən üç alpinist və altı şerp həlak olmuş.[8]

Almanların üçüncü cəhti 1937-ci ildə baş vermiş. Karl Vinin rəhbərlik etdiyi ekspedisiya heyəti bütünlüklə qar uçqunu altında qalaraq həlak oldular. Onlar 14-15 iyun tarixində IV nömrəli düşərgədə gecələyərkən bu baş vermiş. Oxşar taleni digər alman sekspedisiyası yaşadı. Hansı ki, onlar 1937-38-ci illərdə Kançencanqa zirvəsinə ilk dırmanma cəhti göstərmişlər.

1953-cü il 3 iyulda alman-avstriya ekspedisiyası zirvəyə növbəti dırmanışı həyata keçirmiş. German Bul dünya tarixində ilk dəfə olaraq eyni zamanda 8000 m-dən yüksək olan zirvəni oksigensiz fəth etdi. O zirvəyə tək yetişmiş, geriyə dönərkən isə 8 km yüksəklikdə açıq havada gecələmiş.

  1. 1 2 "Nanga Parbat, Pakistan". Peakbagger.com. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  2. Атлас мира. М. ПКО «Картография» Федерального агентства геодезии и картографии Министерства транспорта Российской Федерации: Оникс. Г. В. Поздняк. 2006. səh. 375. ISBN 5-85120-241-6.
  3. "Нанга Парбат". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
  4. Атлас мира. 2002. səh. 160—161. Северная Индия
  5. "Nanga Parbat". Britannica. 2015-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
  6. "А.Н. АНТОНОВ. ВОСХОЖДЕНИЕ НА НАНГА-ПАРБАТ". 2013-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-25.
  7. Stewart Green (Climbing Expert). "Albert Mummery Profile" (eng). About.com. 2015-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.
  8. 1 2 Jochen Hemmleb. "Raikot: Death and Glory - a brief climbing history". AFFIMER. 2016-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.