Tramvay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tramvay
ing. tramway
Nürnberq tramvayı
Nürnberq tramvayı
İcadı Elektrik mühərriki, 1881, Almaniya Almaniya
İstismarı 1881–günümüzədək
Sürəti 120 km/saat
Tətbiqi Sərnişindaşınma
İnfrastrukturu Elektrik şəbəkəsi, rels yolu

Tramvay — relslər üzərində hərəkət edən nəqliyyat vasitəsi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdır. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkimlişdir. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir.

SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra öz çətin zamanlarını yaşamışdır. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılmışdır. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]