Eşşək

Vikipediya, azad ensiklopediya
(Ulaq səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Eşşək
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Eşşək
Beynəlxalq elmi adı
  • Equus africanus asinus

Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir.

Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.

Ulaq nəqliyyat vasitəsi kimi

[redaktə | mənbəni redaktə et]

Atlar cinsindən təkdırnaqlı məməli heyvan yarımcinsi. Uzun və hərəkətli qulaqlarının, ensiz dırnaqlarının və ucunda uzun tüklərdən ibarət fırçası olan nazik quyruğunun olması ilə əsl atlardan fərqlənir. Rəngi boz, ağ, qara, qəhvəyi olur. Vəhşi Ulaq Afrikada, Ön, Orta və Mərkəzi Asiyada yayılmışdır. Səhra və çöllərdə kiçik ilxılarla yaşayır. Otla qidalanır. 1 növü: Afrika vəhşi Ulağı məlumdur. Süysününün hünd. 100–120 sm-dir; belində və kürəyində qum-boz rəngli zolaqlar kəsişir. Somalidə, Efiopiyada, Eritreyada yayılmışdır. Sayları azdır, qorunur. Ev ulağının əcdadıdır. Ev ulağı 2 cins qrupuna ayrılır: 1) Afrika və Asiyanın, o cümlədən Qazaxıstan, Orta Asiya və Qafqazın yerli xırda Ulağı Afrika və Orta Asiyanın iri Ulağı, o cümlədən Çinin Şandun Ulağı; 2) qatırların alınmasında istifadə edilən z-d cinsləri; onlardan puatu (Fransa), Kataloniya (İspaniya) və Amerika Ulağı qiymətlidir. Yerli eşşək cinsləri möhkəm konstitusiyalı, dözümlü, yemə az tələbkardırlar. Yük daşımaqda, qoşquda istifadə olunur. 18–20 il yaşayır. 2 yaşarlıqdan işə yararlıdır. Belində 70–80 kq, qoşquda 2,5 t-a qədər yük çəkə bilir.

Azərbaycana faydaları

[redaktə | mənbəni redaktə et]

Arxeoloji tədqiqatlara və yazılı mənbələrə əsasən, Azərbaycanın çətin keçilən dağ yollarında uzunqulaq yeganə nəqliyyat vasitəsi olmuşdur. Yük heyvanı kimi uzunqulaq tunc dövrdən məlumdur. Dəvə karvanın müşayiət edən sarbanlar və çarvadarlar həmişə karvanın qabağında uzunqulağa minib gedərdilər. Çünki yaxşı yaddaşı olan uzuqulaq bir dəfə keçidiyi təhlükəli yoldan ikinci dəfə keçməzdi. XIII əsr coğrafiyaşünas-səyyah Zəkəriyyə Qəzvini yazırdı ki, əgər dumanlı havada çarvadar yolu itirərdisə, onda qabağa uzunqulağı buraxardı.

XIII əsrin digər məşhur səyyahı Marko Polo məlumat verirdi ki, Azərbaycanda sağlam, möhkəm, aclığa və suzuluğa davamlı uzunqulaq yetişdirilir ki, onların hər biri 30 markaya satırlar. Yerli tacir uzaq səfərlərə belə uzunqulaqla düşürlər.

Ucuz, dağ şəaitinə yaxşı bələd olan, heç bir qayğı tələb etməyən, aclığa dözümlü və təhlükəyə qarşı həssas olan uzunqulaqdan maldar elatları daha çox istifadə edirdilər. Uzunqulağı yükləmək üçün belinə palan vurulurdu. Bəzən nisbətən ağır yükləri ağır yükləri uzaq məsafəyə aparmaq üçün palanın latından tərlik əvəzinə, köhnə palazı dairəvi formada tikərək içinə pambıq, yun və küləş doldurulmuş loru qoyulurdu. İki ədəd belə yastılanmış mütəkkəyə oxşayan loru taylarını ikiüç yerdən qayışla bir-birinə bənd edərk iş heyvanını belinə aşırırdılar. Bəzən dağ kəndlərində uzunqulaqla odun daşıdıqda palanın üstünə "kıxı" adlanan ağac qaş da qoyulurdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]