Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu
Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu (ASALA) | |
---|---|
Հայաստանի Ազատագրության Հայ Գաղտնի Բանակ (ՀԱՀԳԲ) | |
Növü | Türkiyədən Erməni Soyqırımı İddiasına görə qisas almaq və ermənilərin tarixi vətənlərini azad etmək[1] |
Yaranma tarixi | 1975[1] |
Ləğvolma tarixi | 1988 |
Rəsmi dili | erməni dili |
Mərkəzi | |
Qurucusu | |
Sədr | Akop Akopyan[2] |
Vikianbarda əlaqəli mediafayllar |
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.[3]
"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır.
ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır[4] Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur[5][6]. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir"[mənbə göstərin].
Tarixi
[redaktə | vikimətni redaktə et]ASALA 1975-ci ildə qurulmuş, həmin il Paris erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulmuşdur. 1981-ci ildə təşkilat zirvə nöqtəsinə çıxmış, ancaq 1983-cü ildə ikiyə bölünmüşdür.
1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və Monte Melkonyandır.
1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlamışdır. Fransadakı bir çox qruplar, Kanadadakı "Azad Hay", İngiltərədəki "Kaytzer" qrupları ASALA-ya qoşulduqlarını elan etdilər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlamışdı.
İsrailin Beyrutu işğal etməsiylə ASALA bu səhəri tərk etdi. 1983-cü ildə ikiyə parçalandı:
- Akop Akopyanın qrupu Yunanıstan və Fələstin ərazilərində yerləşmiş qoca, cavan, qadın, uşaq demədən öldürürlər. Ən dəhşətli terror hadisəsəini Fransanın Orli hava limanında həyata keçirmişdirlər.
- Təşkilatın Qərbi Avropadaki qrupu isə "Asala İnqilab Hərəkatıdır". Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirirlər. Bu hərəkatın lideri isə Monte Melkonyandır. Onun ölümündən sonra liderləri Ara Torayan olmuşdur.
Akop Akopyan İsrail işğalından sonra ASALA-nın Livandakı 3 təlim düşərgəsini itirdiyini, Fələstinli idarəçilərin ASALA-nı arxadan vurmağa çalışdıqlarını Beyrut radiosunda yayımladı.
Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra parçalanmalar artdı.
ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burda PKK terrorçularına da təlim keçirildiyi və təlimlərə yunan generalı Matafiasln rəhbərlik etdiyi məlumdur [mənbə göstərin]. Bundan əlavə ASALA-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində bir düşərgəsi olduğu və düşərgədən Harout Aqbaçyanın məsul olduğu bilinir [mənbə göstərin].
3 oktyabr 2023-cü ildə gecə saatlarında İrəvanda fəaliyyət göstərən yeganə sinaqoq "Mordexay ha-Navi"yə hücum edilmişdir. Naməlum şəxslər binaya molotov kokteyli atmış, pəncərələri sındırmış və binanın divarlarına boya tökmüşdülər. Hücuma görə məsuliyyəti "Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu" və “Ermənistanın Gənc Azadlıq Mübarizəçiləri” adlı erməni təşkilatları öz üzərinə götürərək İsraili Azərbaycana dəstək verməkdə ittiham etmişdilər.[7]
Fəaliyyət yerləri
[redaktə | vikimətni redaktə et]Asala fəaliyyətini Fransada daha çox göstərməkdədir. Buna səbəb isə bu ölkədə Erməni terrorçulara sərbəst hərəkətinə icazə verilmişdir. Bundan başqa ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada fəaliyyətlərini davam etdirməkdədirlər.[8]
Dəstək
[redaktə | vikimətni redaktə et]Asala əsasən ən böyük dörd dəstək almışdır[mənbə göstərin]:
- SSRİ.
- Yunanıstan, Suriya, İran,Fələstin
- Kommunist partiyaları, erməni kilsələri, Qnçak partiyası.
1983-cü ildən etibarən ASALA Monte Melkonyanın siyasətinə tabe olmuş, Türkiyə və 1988-ci ildən başlayaraq Azərbaycanda terror hadisələri törətmişdir.
Mətbuatla əlaqələri
[redaktə | vikimətni redaktə et]ASALA-nın rəsmi olaraq çap etdirdiyi qazet "Hayastan"dır. Bundan başqa "Hay–Baykar", "Armenial", Londonda çap edilən "Kaytzer" jurnalı da çap olunanlar arasındadır.
ASALA-nın ilk radio yayımı 1981-ci ildə Beyrutda fəaliyyətə başlamışdır. "Livanlı ermənilərin səsi" adı altında gündə bir saatlıq veriliş yayımlanırdı.
Virtual məkanda fəaliyyəti
[redaktə | vikimətni redaktə et]20 oktyabr 2009-cu ildə ermənilərin məşhur saytı hayastan.com saytına hücumu olub. Amerika və İsrail hakerləri tərəfindən dağıdılan saytı bərpa etmək mümkün olmayıb. "Müsəlmanlar gəlir, hazır olun! Fələstin və Qarabağ torpaqları müsəlmanlarındır!" şüarları altında dağıdılan sayt terror təşkilatı "ASALA"ya məxsusdur. hayastan.com saytının rəhbərləri bir neçə dəfə Azərbaycan saytlarına hücüm edib. 2006-cı ildə AXCP-nin internet səhifəsi (www.axcp.org) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) internet səhifəsi (www.avciya.org) dağıdılıb, mediaforum.az, kiv.az, apa.az gunazer.com times.az saytlarına isə bir neçə dəfə hücum ediblər.[9]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Hunsicker. Understanding International Counter Terrorism. Universal-Publishers. 2006. 431. ISBN 1-58112-905-X.
- ↑ "MIPT Terrorism Knowledge Base". 15 November 2007. Archived from the original on 2007-11-15.
- ↑ "Emniyet Genel Müdürlüğü Dış İlişkiler Daire Başkanlığı". 2007-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-12-01.
- ↑ "MIPT Terrorism Knowledge Base". 15 November 2007. Archived from the original on 2007–11-15.
- ↑ Армянская секретная армия освобождения Армении[ölü keçid]
- ↑ "Участники событий о том как был убит преступник Монте Мелконян". 2012-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-19.
- ↑ "Две армянские организации разделили ответственность за нападение на синагогу в Ереване". 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
- ↑ ""ASALA İsveçrəni partladır". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- ↑ YƏHUDİLƏR "ASALA"nın SAYTINI DAĞITDI[ölü keçid]