Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | |
---|---|
Hücum yeri |
Azərbaycan Dövlət Neft Akademiyası |
Vaxt |
30 aprel 2009 09:30 |
Hücum üsulu | Kütləvi |
Silah | Makarov PM |
Həlak olanlar | 13 |
Yaralılar | 13 |
Terrorçular | Fərda Qədirov |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi.
Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur.[1] Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.
Hadisə yerinə xüsusi təyinatlıların iki avtobusu gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, xüsusi təyinatlılar əməliyyat keçirib, girov götürüldüyü bildirilən şəxslər azad edilib. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib. Qədirovun üstündən tutumu qırx və yetmiş bir patron olan 3 ədəd patron darağı və iki ədəd maqazin götürülüb.
Hadisə yerinə Daxili İşlər Naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gəliblər. Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.[2]
Hadisə
[redaktə | mənbəni redaktə et]Qədirov ADNA-nın ikinci binasına hücum edib. O, əvvəlcə binaya daxil olarkən mühafizəçini və təmizlik işçisini öldürüb, sonra tələbələrə və müəllimlərə atəş açıb. Sonra birinci mərtəbədən altıncı mərtəbəyə qalxarkən yol boyu insanları fərq qoymadan əsasən baş nahiyəsinə atəş açıb. Şahid dedi ki, bir tələbə onu dayandırmağa çalışsa da, başından vurulub. Digər şahid iki silahlı şəxs gördüyünü bildirib. Silahlı şəxs Akademiyada barrikada qurdu və polis binanı mühasirəyə aldı.[3]
Hadisə nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Qədirov daha sonra polisin yaxınlaşdığını görüb özünü güllələyib. Tezliklə hadisə yerinə polis və tibb işçiləri gəlib. Silahlı polis binanı mühasirəyə alıb. Universitetə gedən bütün əsas yollar bağlanıb. Binanın hər yerində cəsədlər tapılıb. Yaralılar çöldə dayanan təcili yardım maşınlarına aparılıb və xəstəxanaya təxliyə edilib. Çoxunun vəziyyəti tezliklə stabil olsa da, bəzilərinin vəziyyəti ağır idi və əməliyyat olundu. Bütün tələbələr təxliyə olunaraq evlərinə göndərilib.
Bununla belə, bir sıra detallarla bağlı şübhələr ifadə olunub. Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov deyir ki, təcrübəsiz hücumçunun "Makarov PM" tapançası ilə bu qədər insanı öldürə və yaralaya biləcəyi onun üçün tamamilə qaranlıqdır. Cəfərov qeyd edib ki, Qədirov hərbçi deyil, mülki şəxsdir.
Beynəlxalq reaksiyalar
[redaktə | mənbəni redaktə et]Rusiya prezidenti Dmitri Medvedev və Gürcüstan prezidenti Mixail Saakaşvili prezident İlham Əliyevə akademiyada baş vermiş faciə ilə bağlı başsağlığı veriblər.[4] Türkiyə prezidenti Abdullah Gül, baş naziri Rəcəb Tayyib Ərdoğan, Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus və York hersoqu Şahzadə Endryu Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar xalqları və öz adlarından başsağlığı veriblər.[5] "Biz hadisədə ölənlərin ailə və dostlarının kədərini bölüşür və yaralananların tezliklə ayağa qalxmasını diləyirik. Birləşmiş Ştatlar belə sarsıntılı və kədərli bir vəziyyətdə öz dostu və strateji müttəfiqi olan Azərbaycanla həmrəy olduğunu bildirir".
"UNİCEF-Azərbaycan" təşkilatı silahlı şəxsin hücumu nəticəsində kütləvi insan tələfatı xəbərindən hədsiz dərəcədə kədərləndiyini, sarsıldığını bildirib və ölənlərin ailələrinə və Azərbaycan xalqına faciə ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir: "Uşaq Hüquqlarının Qorunması Konvensiyası və digər beynəlxalq müqavilələrin prinsiplərinə əsasən, "UNİCEF" zorakılıq, terror və günahsız mülki şəxslərin öldürülməsini pisləyərək, Azərbaycan xalqının kədərini anlayır və dərdinə şərik olduğunu bildirir".
Bundan başqa, "UNİCEF-Azərbaycan" hadisə qurbanlarının ailələrinə və hadisənin sarsıntı keçirən şahidlərinə kömək məqsədilə Azərbaycan hökumətinə psixoloji və travma məsləhət yardımı təklif edib və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.[6]
Hadisə qurbanlarının siyahısı
[redaktə | mənbəni redaktə et]Ölənlənlərin siyahısı
[redaktə | mənbəni redaktə et]- Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
- Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
- Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
- Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
- Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
- Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
- Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
- Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
- Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
- Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
- Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
- Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
- Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Terrorçu, Gürcüstan vətəndaşı)
Yaralananların siyahısı
[redaktə | mənbəni redaktə et]- Rüstəmbəyov Faiq Bəhram oğlu (Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi)
- Hüseynli Zenfira Seydi qızı (Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası)
- İsayev Kənan Tələt oğlu (Tələbə)
- Daas Muavviyya (Suriya vətəndaşı tələbə)
- Mustafa Məhəmməd Qasim (Sudan vətəndaşı tələbə)
- Seyid Əhməd Əmru (Sudan vətəndaşı tələbə)
- Şirəliyev İlkin Azər oğlu (Tələbə)
- Mustafayev Elşən Elbəyi oğlu (Tələbə)
- Axundov Rəhman Sahib oğlu (Tələbə)
- Cəmiyev Elvin Azər oğlu, 1989-cu il təvəllüdlü (Tələbə)
- Qurbanova Səbinə Əşrəf qızı (Tələbə)
- Məmmədov Elşən Xanlar oğlu (Tələbə)
- Cəfərov Bəxtiyar Aydın oğlu (Tələbə)
Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.
Araşdırma
[redaktə | mənbəni redaktə et]Qatilin həmkəndliləri qətliam faktı ilə bağlı Azərbaycan Dövlət Neft Akademiyasında saxlanılıb. 21 aprel 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bu cinayət üzrə cinayət işinə baxmağa başlayıb. İttihama görə, təqsirləndirilən şəxslərin etirafları əsasında qətli Gürcüstanın Marneuli rayonunun Şüləver kəndindən olan gürcü ermənisi, çörəkçi Mardun Qriqoryeviç Qumaşyan sifariş edib. İttihamda qeyd olunur ki, Qumaşyan milli ədavət zəminində 2009-cu ilin əvvəlində Azərbaycan vətəndaşı olan Gürcüstan vətəndaşları Fərda Qədirov, Cavidan Əmirov, Nəcəf Süleymanov, Nadir Əliyev və Ariz Qabulovla Bakıda azərbaycanlılara qarşı terror aktı törətmək barədə razılığa gəlib.[7] Hücumu həyata keçirmək üçün Qumaşyan Qədirova 5 min dollar avans verib və sonda 50 min dollar verəcəyini vəd edib. Dövlət ittihamçısı Abdulla Yusifovun sözlərinə görə, hüquq-mühafizə orqanları Qumaşyanın istintaqa cəlb olunması üçün lazımi tədbirlər görür. Prosesdə prokuror Qumaşyanın İnterpol xətti ilə beynəlxalq axtarışa verildiyini bildirib. İnterpolun Ermənistandakı Milli Mərkəzi Bürosunun rəhbərinin sözlərinə görə, 2010-cu ilin may ayının əvvəlində Qumaşyan İnterpol tərəfindən axtarışda deyildi.
Xatirə
[redaktə | mənbəni redaktə et]30 aprel terror hadisəsindən sonrakı günlərdə Azərbaycan Dövlət Neft Akademiyasının köhnə və yeni tədris korpuslarının divarlarında yazılar, vərəqələr qalıb, qırmızı qərənfillər düzülüb, şamlar yandırılıb. Tələbə və gənclərin qoyub getdiyi divar yazılarında hər kəsə terrora qarşı birləşməyi, terror qurbanlarını unutmamağı təklif edib, dövləti ölənlər üçün matəm elan etməyə çağırıb, mayın 10-da Bakıda gül bayramı keçirməkdən imtina etməyi, hüquq-mühafizə orqanlarından tələb edilib. Neft Akademiyasının binalarının ətrafında gücləndirilmiş polis dəstələri növbətçilik edirdi və insanlar yalnız sənədləri yoxladıqdan sonra təhsil müəssisəsinin özünə buraxılırdı. Mayın 5-də Akademiyanın binalarının divarları artıq yazı və vərəqələrdən təmizlənib.
Faciənin 8-ci ildönümü ərəfəsində qanlı terror aktının törədildiyi akademiyanın binasının ikinci mərtəbəsində həlak olanların xatirəsinə barelyef qoyulub.[8]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Bakü'deki Petrol Akademisi'ne saldırı
- Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində ölənlərin və yaralıların adları məlumdur Arxivləşdirilib 2009-05-02 at the Wayback Machine
- Səhiyyə Nazirliyi Dövlət Neft Akademiyasında baş verən atışma nəticəsində ölən və yaralananların siyahısını yayıb Arxivləşdirilib 2009-05-02 at the Wayback Machine
- Neft Akademiyasına silahlı basqın (Faciə ilə bağlı bütün məqalələr)
- 2009-Cu İl Aprel Ayının 30-Da Azərbaycan Dövlət Neft Akademiyasında Baş Vermiş Faciəli Hadisə Nəticəsində Həlak Olanların Ailələrinə Və Ağır Xəsarət Alanlara Birdəfəlik Maddi Yardım Göstərilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Səhiyyə Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasına terror hücumu zamanı ölənlərin yekun siyahısını açıqlayıb Arxivləşdirilib 2009-05-03 at the Wayback Machine Apa.az tarix:30 aprel 2009
- ↑ "Arxivlənmiş surət". 2009-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ "Qanlı ADNA terroru: Daxili, yoxsa xarici sifariş? - Gizli əllər göstərildi". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ "Arxivlənmiş surət". 2009-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ http://az.apa.az/xeber_"UNICEF-Azerbaycan"_teshkilati_Neft_Akademiyasinda__153372.html[ölü keçid]
- ↑ "Məşum ADNA terrorunun 14 ili". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
- ↑ "Neft və Sənaye Universitetində 30 aprel qurbanlarına həsr edilmiş BARELYEF". 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.