Vazgen Sislyan
Vazgen Sislyan | |
---|---|
erm. Վազգեն Սիսլյան | |
Doğum tarixi | 20 oktyabr 1956 (68 yaş) |
Doğum yeri | |
Üzvlüyü |
Vazgen Sislyan (rus. Вазген Саргисович Сислян; 20 oktyabr 1956, Beyrut, Livan) — Fransa vətəndaşı, ASALA terrorçusu.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Vazgen Sislyan 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin tutulmasında, Parisin Usman məhəlləsində 1991-ci ilin sentyabr ayında 60 girovu ələ keçirmək aksiyasında, 1991-ci ilin dekabr ayında Budapeştdə Türkiyə səfiri Bədrəddin Tünbaşa qəsddə iştirak edən qatildir.
34 yaşlı terrorçu Livandan turist adıyla İrəvana gəlib. 1992-ci ilin yanvar ayında oradan vertolyotla Xankəndinə göndərilib. Xocalı soyqırımında iştirak etməsi, burada ikigünlük türk çağalarını öldürməsiylə fəxr edir.[2]
«Moskovskiye novosti» qəzetinə verdiyi müsahibəsində o bəyan edir ki, beynəlxalq diqqəti «erməni məsələsi»nə cəlb etmək üçün zorakılıq siyasəti aparmağın böyük əhəmiyyəti var.
Ermənistan prezidenti Robert Köçəryan tərəfindən Vazgen Sislyan Xocalı soyqırımında törətdiyi vəhşiliklərə görə Qarabağ müharibəsinin «qəhrəmanı» elan edilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Four Armenians sentenced in Paris. The Globe and Mail (Canada). February 1, 1984 Wednesday
- ↑ Əlisahib Əroğul, AZƏRBAYCANDA ERMƏNİ-DAŞNAK TERRORUNUN XRONOLOGİYASI (bədii, tarixi publisistika), Bakı, «Təknur», 2009.