Şuşa (qəzet)
Şuşa | |
---|---|
Redaktor | Vasif Quliyev [1] |
Yaranma tarixi | 1932 |
Siyasi mənsubiyyət | Hakimiyyətyönümlü |
Dil | Azərbaycan |
Səhifə | 12 |
Ünvan | Şuşa |
Şuşa — Azərbaycanın Şuşa Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan həftəaşırı qəzet.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]1911-1914-cü illərdə Şuşada “Şuşinski listok”, 1913-cü ildə “Şuşinskaya jizn”, 1919-cu ildə “Qarabağ” qəzetləri nəşr edilmişdir.[3]
Qəzet 1932-ci ildən "Sosializm maldarçılığı" adı ilə nəşr olunmağa başlamış, rayon partiya komitəsi tərəfindən təsis edilmişdir.1930-cu illərində qəzetin səhifələrində bir sıra rubrikalar ("Müxbirlərin səsi", "Müxbirlərimiz yazırlar", "Müxbir siqnalları", "Xarici ölkələrdə", "Cəbhədə xəbərlər" və s.) yer almışdır.[4]
1969-cu ildən “Şuşa” adı ilə dərc olunan qəzet 1932-1938-ci illərdə “Sosializm maldarlığı”, 1938-1963-cü illərdə “Kolxoz bayrağı”, 1963-1965-ci illərdə “Şuşa kurortu” adı ilə çıxmışdır. 1965-ci ildən başlayaraq qəzet "Şuşa" adı ilə nəşr edilmişdir.[3] Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Şuşanın erməni işğalına məruz qalması "Şuşa" qəzetinin fəaliyyətinə təsir etmişdir. Bundan sonra qəzet 13 il fəaliyyətini dayandırmışdır. Yalnız 2005-ci ildən başlayaraq "Şuşa" qəzeti fəaliyyətini Bakıda davam etdirməyə başlamışdır.[4]
Qəzetə təxminən 20 nəfər redaktorluq etmişdir. Onlar Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə Hüseyn Kərimov, daha sonra isə Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov, Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva olmuşlar. 2005-ci ildən bu günədək isə qəzetin redaktoru Vasif Quliyevdir.[4]
Məzmunu
[redaktə | vikimətni redaktə et]Qəzetdə daha çox ədəbiyyatla, incəsənətlə bağlı yazıların dərc olunmasında özünü göstərmişdir. Qəzetdə mədəniyyətlə, ədəbiyyatla, musiqi ilə bağlı yazılara daha çox üstünlük verilmişdir.[4]
"Şuşa" qəzetində müxtəlif Azərbaycan şair və yazıçılarının, o cümlədən Səməd Vurğun, Məmməd Rahim, Cəfər Xəndan, Süleyman Rüstəm, Yusif Vəzir Çəmənzəminli kimi şəxslərin əsərləri vaxtaşırı çap olunmuşdur.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ""Şuşa" qəzeti – 90". Novator.az (az.). 2022-10-24. 2024-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-11.
- ↑ Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
- ↑ 1 2 ""Şuşa" qəzeti - 90 il". shusha-ih.gov.az (az.). 2022-11-01. İstifadə tarixi: 2024-11-11.
- ↑ 1 2 3 4 5 "90 yaşlı "Şuşa" qəzeti". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- “Şuşa” qəzetinin redaksiyası harada yerləşirdi?
- Əhmədova, Maryana. "Erməni vandalizmi "Şuşa" qəzeti redaksiyasının binasını xarabalığa çevirib - Kərim Kərimli". Trend.Az (az.). 2022-07-22. İstifadə tarixi: 2024-11-11.
- Rzayeva, Məlahət. ""Şuşa" qəzetinin 90 yaşı oldu". sherg.az (az.). İstifadə tarixi: 2024-11-11.
Qəzet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |