Azərbaycan ədəbiyyatşünaslığı (jurnal)
Azərbaycan ədəbiyyatşünaslığı | |
---|---|
| |
Baş redaktor | akademik İsa Həbibbəyli |
Təsisçi | AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu |
Təsis tarixi | 1946 |
Ölkə | Azərbaycan |
ISSN | 2663-4406 (Print); ISSN 2709-2699 (Online) ISSN 2663-4406 (Print); ISSN 2709-2699 (Online) |
journal.literature.az |
Azərbaycan ədəbiyyatşünaslığı— Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.
Jurnalın nəşri
[redaktə | vikimətni redaktə et]Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 1946-cı ildən 2019-cu ilə qədər "Ədəbiyyat məcmuəsi" adı ilə nəşr olunub. Jurnal yeni ad ilə 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalı ildə iki dəfə dərc olunur[1].
Haqqında
[redaktə | vikimətni redaktə et]"Azərbaycan ədəbiyyatşünaslığı" Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnaldır. Jurnalda məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində dərc edilir. Jurnalda konfrans və simpozium materialları da dərc edilir, həmçinin jurnalın Nizami Gəncəviyə, Xaqani Şirvaniyə və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarına həsr etmiş olduğu xüsusi buraxılışları çap olunmuşdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.
Jurnalın bölmələri
[redaktə | vikimətni redaktə et]"Azərbaycan ədəbiyyatşünaslığının"nın bölmələri, rubrikaları ədəbiyyatşünaslıq elminin təsnifatı haqqında elmi təsəvvürlərin formalaşdırılmasında mühüm rol oynayır[2]. Jurnal aşağıdakı rubrikalardan ibarətdir:
- Azərbaycan ədəbiyyatı
- Mətbuat tarixi
- Folklorşünaslıq
- Mətnşünaslıq
- Resenziyalar
- Yubileylər
- Xronika.
Jurnalın redaktorları
[redaktə | vikimətni redaktə et]Jurnalın nəşr edilib oxucularına çatdırılmasında baş redaktorların xüsusi xidmətləri olmuşdur. Azərbaycan ədəbiyyatşünaslığı jurnalına müxtəlif illərdə aşağıdakı elm xadimləri redaktorluq etmişlər:
- Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə
- Mirzağa Yüzbaşı oğlu Quluzadə
- Kamal Abdulla Şaiq oğlu Talıbzadə
- Yaşar Vahid oğlu Qarayev
- Bəkir Əhməd oğlu Nəbiyev
- Rəsul Əliabbas oğlu Rüstəmov
- Teymur Həşim oğlu Kərimli
- İsa Əkbər oğlu Həbibbəyli
Redaksiya qrupu
[redaktə | vikimətni redaktə et]Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Fransa, Gürcüstan,Polşa, Hindistan və digər ölkələrin alimləri daxildir.
Baş redaktor
[redaktə | vikimətni redaktə et]- İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü
Məsul katib
[redaktə | vikimətni redaktə et]- Aygün Bağırlı — filologiya üzrə fəlsəfə doktoru, dosent
Redaksiya heyəti
[redaktə | vikimətni redaktə et]- Teymur Kərimli – AMEA-nın həqiqi üzvü
- Nüşabə Araslı – AMEA-nın müxbir üzvü
- Tehran Mustafayev – AMEA-nın müxbir üzvü
- Təhsin Mütəllimov – AMEA-nın müxbir üzvü (BDU)
- Əlizadə Əsgərli– filologiya elmləri doktoru, dosent
- Məhərrəm Qasımlı – professor (Azərbaycan)
- Şirindil Alışanlı – professor (Azərbaycan)
- İmamverdi Həmidov – professor (Azərbaycan)
- Zahid Xəlil – professor (ADPU)
- Asif Rüstəmli – professor (Azərbaycan)
- Əsgər Qədimov – professor (NDU)
- Xəlil Yusifli – professor (AMEA Gəncə Bölməsi)
- Fəridə Əzizova – filologiya elmləri doktoru, dosent (Azərbaycan)
- Ataəmi Mirzəyev – filologiya elmləri doktoru, dosent (Azərbaycan)
- Nikpur Cabbarlı – filologiya elmləri doktoru, dosent (Azərbaycan)
- İslam Qəribov – professor (Azərbaycan)
- Vüqar Əhməd – professor (Azərbaycan)
- Razim Məmmədov – filologiya üzrə fəlsəfə doktoru, dosent (ADPU)
Məsul redaktor
[redaktə | vikimətni redaktə et]- Töhfə Talıbova — filologiya üzrə fəlsəfə doktoru
Beynəlxalq redaksiya heyəti
[redaktə | vikimətni redaktə et]- Yavuz Akpınar (Türkiyə)
- Seyfəddin Altaylı (Türkiyə)
- Həmidulla Baltobayev (Özbəkistan)
- Mişel Bozdəmir (Fransa)
- Elizbar Cavelidze (Gürcüstan)
- Kim Minullin (Rusiya/Tatarıstan)
- Əhməd Əxlaq Ahan (Hindistan)
- Aqata Bareya (Polşa)
- Qaadamba Bilquudei (Monqolustan)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- https://literature.az/?lang=aze&page=808
- https://science.gov.az/az/news/open/23420
- https://tehsil-press.az/index.php?newsid=46633
Mənbə
[redaktə | vikimətni redaktə et]- İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Elm və təhsil. 2018. səh. 58
- https://www.kaspi.az/az/azerbaycan-edebiyyatsunaslii-problemler-vezifeler
- https://aqreqator.az/az/cemiyyet/1145751
- https://www.literature.az/?page=161&newsId=117687&lang=aze
- https://aak.gov.az/single/427
- Azərbaycan ədəbiyyatşünaslığı. Bakı: "Elm və Təhsil. 2022/№ 1. səh. 158.