Bürhani-Tərəqqi
Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç
Axtarışa keç
Bürhani-Tərəqqi | |
---|---|
Redaktor | Mustafa Lütfi İsmayılov Şirvanski |
Yaranma tarixi | 1906 |
Dil | azərbaycan |
Nəşrini dayandırıb | 1911 |
Ünvan | Həştərxan |
Ölkə |
Bürhani-Tərəqqi — 1906–1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan, daha çox dini məqalələr çap edən qəzet.
İlk nömrəsi 1906-cı il iyunun 8-də çıxmışdır. Naşiri və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı N. Nərimanov da iştirak etmiş, "Elmi və fənni" mövzularda bir sıra məqalələr ("Tibb və islam" və b.) dərc etdirmişdir. Qəzetdə M.Ə. Sabir, M. Hadi və başqaları da öz əsərlərini çap etdirmişlər. 1907-ci ilin iyun ayının axırlarında qəzetin nəşri dayandırılmışdır. Təxminən bey ay sonra 1907-ci il 18 noyabrda qəzetin növbəti nömrəsi buraxılmışdır[1].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 41.