Dərbənd (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dərbənd
Yaranma tarixi 1920
Dil Azərbaycan dili, rus dili
Baş ofis
Ölkə
derbend.ru

"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycanrus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir.

Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan füqarası" adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar.

1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı". Daha sonradan isə "Leninçi" adını alır. 1990-cı illərin əvvəllərindən isə bugünkü adını alır.[1]

1920–1922-ci illərdə Buynakskda, 1922 və 1924–1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cu ildən Dərbənddə dərc olunur.

  1. "От «Шура Дагестан» к республиканской газете «Dərbənd»". derbend.ru. 2017. 2024-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.