Təhsil (jurnal)
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təhsil jurnalı | |
---|---|
Baş redaktor | Malik Novruzov |
Növ | jurnal |
Dövrilik | aylıq |
Təsis tarixi | 2007-ci il |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
Səhifə | 92 |
Təhsil jurnalı — Ayda bir dəfə 92 səhifə həcmində çap olunan mətbu orqanı.[1]
Haqqında
[redaktə | vikimətni redaktə et]- "Təhsil" jurnalının ilk nömrəsi 2007-ci ildə işıq üzü görmüşdür.
- Maliyyə çətinliyindən jurnalın çapı bir müddət dayandırılmışdır.
- 2010-cu ilin may ayından jurnal fəaliyyətini davam etdirir.
- Baş redaktoru Malik Novruzovdur.
- Ayda bir dəfə 92 səhifə həcmində çap olunur.
- Jurnal qısa vaxtda geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Jurnalın şöbələri
[redaktə | vikimətni redaktə et]- "Ali məktəb və orta ixtisas təhsili" şöbəsi.
- "Texniki-peşə, ümumi təhsil və məktəbəqədər tərbiyə" şöbəsi.
- "Reklam və elanlar" şöbəsi.
"Təhsil" jurnalının əsas məqsədi
[redaktə | vikimətni redaktə et]"Təhsil" jurnalının əsas məqsədi təhsil sahəsində dövlət siyasətini təbliğ etmək, ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil sahələrində ölkəmizdə aparılan islahatlardan, müəllimlərin, məktəb rəhbərlərinin qabaqcıl iş təcrübəsindən bəhs etmək, xarici ölkələrdə təhsil sahəsində qazanılan uğurlardan, kurikulumların məktəblərdə tətbiqindən və ibtidai sinif müəllimlərinin bu sahədəki fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Məktəb-valideyn əlaqələrinin genişlənməsi, gənclərimizin düzgün tərbiyə olunması, ana dilimizin və mənəvi dəyərlərimizin qorunub saxlanması da jurnalın diqqət yetirdiyi sahələrdəndir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Azərbaycan məktəbi (jurnal)
- Fizika, riyaziyyat və informatika tədrisi (jurnal)
- Təhsil xəbərləri məlumat-informasiya məcmuəsi
- Kurikulum" elmi-metodik jurnalı